Bismillah

 

Atıldı dağlardan zəfər topları,

Yürüdü iləri əsgər, bismillah!

O xan sarayında çiçəkli bir qız

Bəkliyor bizləri zəfər, Bismillah!

 

Ey döyünən ürək, dumanlı şəhər,

Bilirmisən bu zır gurultu nədir?

sisli qoynunu ordumuz gəlir.

Nişanlın qoynuna girər, Bismillah!

 

Ey hərbin taleyi bizə yol ver, yol!

Sən ey gözəl dəniz, gəl türkə ram ol!

Sən ey sağa, sola qılıc vuran qol

Qollanna qüvvet gələr, Bismillah!

 

Ey Bakı, sən qorxma, geldik, gələli

Sənin üçün biz atıldıq iləri,

Sağ olan annelərə olur təselli

Şəhidlərin ruhu gülər, Bismillah!

 

Ey düşmən, alnının yazısı qara,

Öldürməz bizlərə vurduğun yara,

Yolladığım qurşun ərmağan sənə

O kirli alnını öpər, Bismillah!

 

Sən mərd olub dursan qarşımda əgər,

Qudurğan saçmalı növbətin keçər.

Sağlandığm torpaq qanmı içər,

Yurdum olmaz sənə sipər, Bismillah!

 

Yurdumuzda bizə meydan oxuyan,

Murdar cəmdəkləri murdar qoxuyan,

Təkbir səslərini uzaqdan duyan

Düşmanımız aman istər, Bismillah!

 

Əhməd CAVAD

 

Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.2.