ƏDƏBİYYAT ÜZRƏ 1976-CI İLİN NOBEL MÜKAFATÇISI: Sol BELLOU

 

Sol Bellou 1915-ci ildə Kanadada, Monreal şəhərinin tərkibindəki Kvebek şəhərciyində, Rusiyadan mühacirət etmiş yəhudi ailəsində anadan olub. Daha sonra ailəliklə ABŞ-a köçüblər. Uşaqlıqda tez-tez xəstələnən Sol xəstə yatağında vaxtını mütaliə etməklə keçirib. 1933-cü ildə orta məktəbi bitirən Sol Çikaqo universitetinə daxil olub, 2 il sonra Şimal-Qərb Universitetinə keçib 1937-ci ildə ali təhsilini başa vurub. Minnesot, Nyu-York, Boston Çikaqo Universitetlərinin professoru olub. Lev Trotski ilə görüşmək üçün Meksikaya gedib. Sol Bellou ədəbi yaradıcılığa dərgilər üçün yazdığı kiçik mətnlər idiş dilindən tərcümələrlə başlayıb. Daha sonra qələmə aldığı ədəbi nümunələr onu XX əsrin ən qüdrətli qələm sahiblərdən birinə çevirib. Ona şöhrət gətirən ilk əsəri "Yerlə göy arasında" (1944) romanı olub. Roman insanın sosial, milli mənəvi xaos içərisində öz daxili "mən"ini qorumağına həsr olunub. "Oqi Marçın macəraları" "Hersoq" romanı müxtəlif illərdə "İlin ən yaxşı kitabı" milli mükafatını alıb. Sol Bellou 1976-cı ildə ədəbiyyat üzrə növbəti Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "humanizm yaradıcılığındakı çağdaş mədəniyyətin zərif analizinə görə" verilib. Romanları ilə milyonlarla oxçunu öz sirli söz dünyasına cəlb edən Sol Bellou 2005-ci ildə Massaçutes ştatında vəfat edib.

 

Yerlə göy arasında

 

Romandan parça

 

2 yanvar 1943-cü il.

Cənab Vaneyker yeni ilin doğuluşunu öskürək, boş şüşələr, tez-tez ayaqyoluna qaçmaq təntənəsi ilə qeyd etdi ziyafəti yanğınla başa vurdu. Saat 10-da adamın son dərəcə güclü nəriltisi ilə bir yerdə dəhlizdən qalxan qəribə taqqıltı səsini eşitdim, baxanda onun divara şığıyan tüstü-duman içində ora-bura vurnuxduğunu gördüm. Ayva kapitan Briqsin üstünə cumur, mənsə Vaneykerin qapısını açıram. Kreslo yanır. O, odun üstünə su tökmək üçün stəkan gətirməyə gedir.  Qolsuz pijamasından qaralmış dirsəkləri görünür. İri ətli yayğın sifətinə, qıvrım, çal saçlarına sanki çarpaz şəkildə qırmızı ləçək bağlayıb. Səsini çıxarmadan yenə stəkanla qapının arxasında itir.   

Tüstü bütün evə yayılır; səhnədə yeni personajlar peyda olur: qartımış qoca qarı missis Bartlett iri pəncərədən həyətə baxır; miss Fesman - bapbalaca, avstriyalı qaçqın; mister Rinqholm - o, missis Briq kapitanla üst mərtəbədə yaşayır.

- Ona deyin kreslonu çıxartsın evdən, - missis Bartlett israrla mənə deyir.

- O, alovu öz əlləri ilə… - başa salıram. Vaneykerin qapısından şappıltı səsləri eşidilir, - …söndürmək istəyir.

- Ən yaxşısı kreslonu çıxartmaqdır. Ev - taxtadandır. desən olar, - missis Bartlett məni tüstüyə tərəf çəkir: asılqandan kimono asılıb. Başını yaylıqla bağlayıb. - Bir nəfər onu başa salsın. Çıxarın evdən kreslonu, cənab.

Lakin tüstü onu məğlub edir. Qadın pilləkənə çökür. Məni öskürək tutur, gözlərim yaşarır. Nəfəs almaq üçün öz otağımıza keçirəm. Pəncərəni taybatay açıb başımı buz kimi soyuq küləyə verirəm. Yaxınlıqda kimsə qapını durmadan döyür. Ayva baxır.

- Qapını içəridən bağlayıb. Yəqin kapitandan qorxur, - fikrini bildirir. Onun yanına, girişə gedirəm.

- İşə düşdük , - kapitan əsəbdən dodaqlarını gəmirir. - Gör bir hoqqa çıxardır! İndi gərək özümü odun içinə atam. - Qapını şiddətlə döyməyə davam edir. - Mister Vanneyker, açın qapını. Tez olun!

- Səbrinizə heyrət edirəm, cənab, - missis Bartlett deyir.

- Mister Vaneyker!

- Məndən narahat olmayın, - Vaneyker içəridən səslənir.

- Utanır da, - missis Bartlett vəziyyəti şərh edir.

- Yaxşı, onda qapını açın məni içəri buraxın, - kapitan səsini qaldırır. - İmkan verin öz gözlərimlə görüm alov sönüb ya yox.

Açar fırlanır. Vaneyker yaşarmış gözləri ilə kandarda görünür. Kapitan onu kənara itələyib tüstü dolu otağa soxulur.  Mister Rinqholm başını tutur, hərəkətindən belə çıxır ki, yeni il gecəsi içdiklərinin ləzzəti zibilə dönüb.

- Sağ ol deyin ki, yanmamışıq, - missis Bartlett narazılıqla ona deyir. Öskürəkdən nəfəsi kəsilən kapitan kreslonu qoltuğuna vurub dəhlizə çıxır. Mister Ronqholmla köməkləşərək aşağı vızıldadır. Xalça da bir az yanıb. Hər iki ovcumu pəncərə pərvazındakı qarla doldururam, missis Briqe ilə bir yerdə közərən yerlərə qar yaxırıq. Vaneyker hamamda gizlənib, səsi oradan gəlir:

- Eşidirsən, kapitan, hər şey siqaret zibildən oldu. Mən onu külqabıya qoymuşdum, o zəhrimar da sürüşüb kreslo üstə düşüb   

- Siz ehtiyatlı olun da, - kapitan deyir. -  Siqaretlə ehtiyatlı davranmaq lazımdır. Təhlükəli zibildir. Siqaret çox təhlükəli şeydir.

- Baş üstə, kapitan.

Bu da bizim yeni il əyləncəmiz. Belə bayram üçün pis deyildi. Elə bil özgələrə mane olmamaq üçün hamımızı bir yerə yığıblar, vaxt isə quş kimi uçub gedir.

Səhər tezdən uşaqlar ora-bura qaçır, şeypur çalırdılar. Az sonra geyinib-keçinmiş bir ailə yeni il gəzintisinə çıxdı. Kapitan arvadı ilə bir yerdə maşını ilə harasa getdi yanğına az qalmış qayıtdı.

Ən əsası isə - belə həyat tərzi ilə adam günləri səhv salır, hadisələrin axarında itib-batır. Bilmirəm Ayvada necədir, amma şəxsən mən günləri bir-birindən ayıra bilmirəm. Əvvəllər paltar yumaq günü, yır-yığış günü, biş-düş günü olurdu, gün bir şeylə başlayar, bir şeylə bitərdi. Amma indi hər şey bir-birinə qarışıb, hər şey bozdur, eyni cürdür, çərşənbə gününü şənbədən ayırmaq olmur. Bəzən məxsusi olaraq qəzetə baxmağı unuduram, bilmirəm həftənin hansı günüdür. Tutaq ki, qəzetdən oxuyuram, bu gün cümədir, amma sən demə cümə axşamı imiş. olsun, 24 saat qabaq düşməyim məni qətiyyən sevindirmir. Bəlkə özüm bilmədən cəncələ düşürəm, ondandır. Bilmirəm. Düzdür, "Sterle"də , Eymosgildə ovqatım buradakından çox da fərqli olmurdu, amma adam istəsəydi, orada birtəhər baş çıxara bilərdi. Bəlkə günlərə bu qədər əhəmiyyət verdiyim üçündür hər şey: "onda bir fincan da qəhvə istəmişdim", ya da, "süfrəçi sendviçi dəyişmişdi" bu halda vəziyyətdən asılı olmayaraq, adamın içindəki hərarət artır.

Xoşagəlməz hadisələr fiziki ağrı kimi olur, elə olanda həyatı dərk etmək çətinləşir, amma elə ki, o hadisələrin içində nəsə xatırlanır, nəsə həyəcan yaradır, sən düşdüyün quyunun dibindən çıxırsan sevinirsən, sevinirsən ki, heç hiss etməməkdənsə ağrı, həyəcan yaxşıdır.

3 yanvar.

Xəbər çıxdı ki, Ceferson Forman Sakit okenanda həlak olub. Ev ünvanı göstərilib - Sent-Luis. Mənim tanıdığım Ceferson Forman Kanzas-Sitidə yaşayırdı. Amma desən olar, bəlkə oradan köçüblər. Elə məşhur soyad deyil, yəqin elə odur. vaxtsa eşitmişdim, deyəsən ticarət donanmasında idi. Ola bilsin müharibə başlayandan sonra ora keçib. Dörd il əvvəl xəbər gəldi ki, onu Genuyada həbs ediblər. Guya ictimai yerdə "A basso" (rədd ol) deyib. Ad zad çəkməyib ha, eləcə, "A basso" deyib, vəssalam. Tadın dediyinə görə konsulluq ona qahmar çıxmayıb, amma "A basso"dan başqa heç yükləyə bilməyiblər belinə. Ceferson macəra üçün əldən gedirdi. zibil qaynatmışdısa universitetdən qovmuşdular. Amma elədiyini bilmirəm. Heç bilmirəm necə olub birinci kursdan bayıra atılmayıb. O vaxt  da Corc Kolik küçəsində dava salmışdı. Özü heç üstə. Hə, sonra dekanın yanında üzr istədi. Bir qış günü səhər tezdən məni yuxudan oyadıb yatağıma külə bulaşmış qar atdı. Rütbəsi göz önündə idi - leytenant. Gəminin adı - "Katalina".

Məncə, Cefersonun yeri sualtı gəmi idi. Həmişə onu xatırlayanda heyrətə gəlirəm, necə oldu ki, adam olmaq istədi, çünki yaxşı yadımdadır, əlindən gələni edirdi ki, adamlıqda payı olmasın.

 

Tərcümə edən:

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.32.