Ədəbi və ədəbli zadəgan həyatı

 

Xalq yazıçısı Anar haqqında düşüncələr

 

Ötən əsrin 70-80-ci illərində mənim bir gözü bağlı, bir gözü açıq yeniyetməlik gənclik çağlarımın kitablardan doğan romantik xəyalları sərhədsiz göylərdə avamcasına gah Qərbə, gah da Şərqə uçur, Lui Bussenar, Mayn Rid Həmzə Fəthi Xoşginabi ilə başlanan mütaliə sevgimi Anarın əsərləriylə ("Macal", "Dantenin yubileyi", "Əlaqə",  " liman" s.) daha da alovlandırırdı. O zamanlar mənim kimi düşünən gənclərin əksəriyyəti Anar kimi yazıçıların əsərləri ilə yatıb-durur, kükrəyən, aşıb-daşan xaotik ehtiras arzularımız məhz onların yaratdıqları azad obrazların sevgisiylə qanadlanırdı. İndiki ayıq-sayıq, dumansız düşüncəmdən süzülən suallar onların cavabları özümə maraqlı gəlir: görəsən Anara olan sevgi əslində nədən yaranmışdı? Bəlkə fəzilət qəbahətləriylə, tikanları ətriylə birlikdə qələmə aldığı azad fikirli insan obrazlarına görəydi? Ya bəlkə o dövrün sovet həyat tərzinə Anarın bir qədər fərqli baxışlarıydı? Bəlkə elə Anarın yazıçı kimi , insan kimi xarici görünüşüydü, onun sırf özünəməxsus (geyim tərzi, altında dalğın iti gözləri olan eynəyi, trubkası, çiynindən daim asılan çantası, təmkinli nitqi, hərdən köhnə yeni Bakının izdihamlı küçələrində payi-piyada ağır-ağır yerişi...) atributlarıydı? Bəlkə elə yazıçının ədəbi taleyini mənim kimi yeniyetmə gənclərin sözün yaxşı mənasında həsəd obyektinə çevirən onun ədəb-ərkanlı zadəgan həyatıydı - atasından, anasından, babasından, nənəsindən, ulu əcdadlarından gələn enerji, intellektual mədəniyyət özülündən gələn enerjiydi? Ya bəlkə sovet hökumətinin o dövrün yazıçı şairlərinə göstərdiyi "xüsusi diqqət qayğı"nın nəticəsiydi? Bəlkə hamısından vardı... amma bu gün mən yeniyetməyəm, Anar qocadır - o, mənim əbədi müasirimdir! O, milləti, xalqı hər hansı yaxın uzaq ölkədə təmsil etməyə qabil (özü ləyaqətlə!) böyük ziyalıdır; o, ədəbi taleyini  alın təriylə istedadıyla yazan, Azərbaycan  ədəbiyyatı tarixində mənim çox sevdiyim azsaylı (Mirzə Fətəli, Mirzə Cəlil, Nəriman Nərimanov, İsmayıl Şıxlı... kimi) zadəgan nasirlərdən biridir.

Anarın çoxşaxəli məhsuldar yaradıcılığına, onun ictimai fəaliyyətinə dəqiq dürüst dəyər vermək, düşünürəm ki, hər halda, tədqiqatçıların mütəxəssislərin boynuna düşür. Qısaca, xarakteristika verməli olsam, deyə bilərəm ki, Anar şəxsiyyətində daha çox diqqətimi çəkən bir neçə önəmli cəhət var: onun həm ədəbi fəaliyyəti, həm ictimai-siyasi fəaliyyəti (xüsusilə ötən əsrin 80-90-cı illərində) sanki bir döyüşü, mübarizəni xatırladır. Zamanın bütün ağır ağrılı təsir təzyiqlərinə rəğmən, o, təmkinli şahanə müvazinətini itirmədi, torpağının, xalqının, millətinin, evinin, ailəsinin, sarsılmaz mənəvi-əxalqi dəyərlərinin tərəfində durdu, yüksək mənsəb karyera dalınca qaçmadı, ziyasını, enerjisini, sağlam düşüncəsini, qələmini istedadını böyük mədəniyyətimiz yolunda əsirgəmədi. Belə bənzərsiz şəxsiyyətlər doğrudanmı çoxdur? Əlbəttə, yox!

Məncə, hər bir xalq ilk növbədə məhz ona ucalıq gətirən belə şəxsiyyətləri qorumalıdır. Axı Anar mifləşmiş milli ideala birölçülü meyarlarla yanaşan yazıçılardan deyil, onun əsərlərində qaldırılan ideyalar müəyyən məqamlarda ümummilli səslənsə , məhdud etnik çərçivəyə sığışmır, ümumbəşəridir, dünyəvidir. Onun obrazları hər şeydən əvvəl azad düşüncəli insandır - bütün millətlərin, bütün xalqların adamına oxşayır, onlarla yaxınlığı, bağlılığı var, sevgidə , biri-birinə insani münasibətdə , ümumi həyat qanunauyğunluqlarında da...

Əlbəttə, onun əsərlərində adət ənənələrin, klassik ideyaların yenidən canlandırılması onlara yeni baxışla yanaşmaq məsələləri barədə ayrıca danışmaq olar. Anarın əsərlərində mənəvi-əxlaqi təkamül ideyası klassik olsa da, insanı "öz əxalaqını təmizləməyə" çağırmaq prinsipi tamam yeni forma məzmunda ortaya qoyulur. ("Şəhərin yay günləri", "Beşmərtəbəli evin altıncı mərtəbəsi" s.). Onun əhatəli biliyi, zəngin həyat təcrübəsi hər hansı bir iddilliyadan uzaq iti zəkasından doğan hekayə povestlərində, eləcə pyeslərində ərköyün sentimentallıq yoxdur, əksinə, sağlam düşüncə, insani ləyaqətlər ülviyyət var. Məncə, Anarı həm bu cəhətlər maraqlı sevimli edib.

Anar bu gün ehtirasla yazıb-yaradır, mədəni insan obrazları yaratmaqla bəşəriyyətə çağırışlar edir: insanın təbii instinktlərindən başqa, onun şüurlu həyatı da var - onun həyatına ağıl, hiss, mürəkkəb həyat münasibətləri... təsir edir beləcə, o, əxlaq normalarıyla qarşılaşır, ona tabe olur olmalıdır. Onun son illər yazdığı bədii əsərlərini (" qoç, qara qoç") publisistikasını oxuyarkən bir daha əminliklə düşünürəm ki, yazıçı bütün yaradıcılığı boyu sadiq qaldığı belə bir məntiqi hökmə bu gün inanır arxalanır: insan bioloji səbəblərdən daha çox, sosioloji səbəblər üzündən mədəni varlıq olur, yalnız bu zaman o, azad, harmoniyalı bir cəmiyyətdə rahat təhlükəsiz yaşaya bilər. Məncə, ədəbiyyat da, həyat da yazıçıdan bunu tələb edir.

Əlbəttə, Anar müəllimin ədəbi ictimai fəaliyyətini  tam əhatə etmək işinin tədqiqatçı alimlərimiz tərəfindən yerinə yetirəcəyinə əmin olmaq istərdim. Mən isə ürək sözlərimi yazmaqla sevimli yazıçımızın yubileyini təbrik edir, ona cansağlığı arzulayır,  yorulmaz ədəbi-ədəbli zadəgan həyatında bol sevinc günləri, bundan sonrakı ömrünün mənalı məzmunlu olmasını diləyirəm.

 

Kamran Nəzirli

Azərbaycan Belarus Yazıçılar birliklərinin üzvü

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.11.