Mübarəksən

 

Səksən il bundan əvvəl, martın 14-də Rəsul Rzanın Nigar xanım Rəfibəylinin ailəsində bir oğlan uşağı dünyaya gəldi, adını da Anar qoydular. O günə qədər Azərbaycanın tarixində Anar adlı adam olmayıb - bu, bir ilk idi. Anar böyüdükcə, məşhurlaşdıqca, sevildikcə onun adı da tirajlandı; indi ölkədə qədər desən Anar adında adam tapmaq olar bunların hamısı bizim Anardan kiçikdirlər - adları Anardan törəmə adlardı. Bu, Azərbaycanın son səksən ildə adqoyma ilə əlaqədar hamımızın muşahidə etdiyimiz real mənzərəsidir.

İndi isə başqa bir reallıq haqqında...

İllər keçdikcə Anar böyüdü, həddi-buluğa çatdı, təhsil aldı, bədii yaradıcılıqla məşğul olmağa başladı. yenə illərin yaxından köməyi ilə Anar yazıçı oldu - ilk addımlarından tanındı, tanına-tanına sevildi, sevilə-sevilə məşhurlaşdı.

Anar adından törəmə adlar meydana gəldiyi kimi, yazıçı Anarın da özündən yeni keyfiyyətdə Anarlar törəməyə başladı: Ata Anar, dramaturq Anar, publisist, kinossenarist, rejissor Anar, baba Anar... bu yaxınlarda dünyaya gələn Muradın birbaşa yaxından köməyi ilə ulu baba Anar...

Mən bu Anarların hamısını yaxşı tanıdığımdan deyə bilərəm ki, onlar bir-birindən maraqlı, səviyyəli, istedadlı, biri digərini təkrar etməyən Anarlardı.

bir-birindən maraqlı, səviyyəli, istedadlı, biri digərini təkrar etməyən Anarlar yığışıb, indiki dillə desək, bizim sevdiyimiz Anarı təsisi elədilər - yaratdılar.

Bu, mən baxan tərəfdən görünən Anardı.

Əzizim Anar! Səksən il bundan qabaq bu dünyaya xoş gəlmisən! Mübarəksən!

 

Seyran SƏXAVƏT

 

Ədəbiyyat qəzeti.- 2018.- 10 mart.- S.15.