Ağlayan kitabların dərsi

 

Kişilər ağlamaz deyilər,

Kitablar isə ağlayar,

Oxuduqlarım içində

Yazısını oxuduğca için için ağlayan bir Eynülqüzzet Miyacanini tanıdım,

Bir də Nəriman Nərimanovu.

Hər cümləsi bir hıçqırtı olan Miyacani,11 yüz ildə Bağdadda,hər sözü ağı olan Nərimanov isə Moskovda,

parçası olduğu Vətənləri üçün ağlayırlar.

Dərdi nə bu adamların?

Hər ikisinin dərdi yanında durduqları ideoloji nəzəriyyənin həyata tətbiqində rastlaşdıqları ziddiyyətlərdir.

Nərimanovun məktublarını oxuyuram,

Niyə,nə üçün,nəyə görə deyib Liderlərinə bərabər savaşdıqları partiyaçı yoldaşlarından şikayət yazır.

Mən və onlar deyir,Onlar cinayətlər edirlər,onlar mənim millətimi kişisizləşdirirlər,onlar qadınlarımızı zorlayırlar,onlar satqın,ikiüzlü,yalançı..onlar Kirov,Orcanikidze,Mikoyan,Mizə Davud,Musabəyov,Ruhulla Axundov,onlar...

Bütün bu "onlar"dediyimiz Nərimanovla bir partiyada fəaliyyət göstərən bolşeviklər,

Ac,səfil,köksüz bir sürü acgözlər.

Nəriman Tiflis uşağı olub,məhəlləsi Şeytanbazardır,içinin əxlağını itirmədən yaşayan bir kişidir,

Düşüncəsinin nə olmasından aslı olmayaraq Kişi kimi yaşamaq uğrunda mübarizə aparıb.

Məktublarında da Kişilər ağlamaz qürürünü saxlasa da,yazısı ağlayır,

Bu qədər səfil,rəzil,əxlaqsız insanlarla bərabər yola çıxdığına heyfslənir və mən bizim yolumuzun bu olduğunu belə görmürdümu anladır.

Və yazır,cavab ala bilmir,sizə yazmışdım deyə başqa bir məktub yazır,yenə cavab almır,

Qələmin ucu mürəkkəblə deyil,göz yaşları ilə dolur.

Kişilərin ölümü ilə başlayan bir sistemin nələr üzərində qurulduğunu anlatdığına görə,

Kişi kimi yaşadığına görə,

Allah rəhmət etsin sənə,yoldaş Nərimanov.

Məktubların Sovet hakimiyyətin təməllərinin nə olmasını anladan Dərslərdir.

Nədənsə bu dərsləri oxumağı sevmirik,

1000 il qabağ bu dərsi Miyacanidə anlatmaq istəmişdi,

Dərs almayanlar təkrarı sevər,

Nəriman son dərs deyil,məktublardan anladığım bu oldu,

Kişi ola bilməyənlərin qurduğu toplumda Kişi sözü eşidilməzmiş.

Kişi kimi qalanlara salam olsun.

 

İdris Heydərli

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.25.