Ali Rza Özdəmir: “Osmanlı və Qızılbaşlar arasında

baş verənlər təbliğat maşınlarının hazırladığı

psixoloji müharibə vasitələri idi

 

Ali Rza Özdəmir

1977-ci ildə Ərzincanda doğulub.

1998-ci ildə Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsi Coğrafiya bölümündən məzun olub.

Türkiyənin etnik kimlik tarixi kökləri ilə ilgili araşdırmalar aparır. 15-ə yaxın kitabın müəllifidir. Son kitabı isə Türkiyədə çox maraqla qarşılanan cəsarətli fikirləri ilə diqqət çəkən "Şah İsmayıl" kitabıdır.

 

- İsgəndər  Palanın "Şah Sultan" kimi  kitabı rekord satılan bir məkanda tərəddüd etmədən "Şah İsmayıl"ı yazdınız.

- Türk toplumu, bütünüylə İsgəndər Paladan onun zehniyyətindəki insanlardan ibarət deyildir.  Ayrıca, İsgəndər Palanın kitabını oxuyan hər kəs, onun kimi düşünmür.  Onun romanının çox satılmasına gəlincə, səbəb fərqlidir.  Böyük maliyə dəstəyilə yapılan reklam tanıtımlar bunun ən önəmli nədənlərindən biridir. O romanla bağlı mən tənqidi bir yazı yazdım. Təəssüf ki, "Şah Sultan" romanı türk xalqları arasına atılmış bir fitnədir. Qızılbaşların Quran nüsxələrini yandırdığını yazmaq, ən xəfif bir deyimlə ifadə etməklə çalışsam, əxlaqi davranmamaqdır. Keçmişdə uydurulan bu alçaq iftiraları, toplumun şüuraltına yerləşdirmək sadəcə türk millətinə pislik etməkdir.  Osmanlı dönəmindəki təbliğat sisteminin Qızılbaşlara qarşı hazırladığı  psixoloji  müharibə vasitələrini beş yüz il sonra eyni şəkildə götürüb istifadə etmək xeyirxah niyyət məqsədlərdən xəbər vermir.

Şah İsmayılı yazmaq üçün tərəddüd edəcək bir səbəbim yoxdur. Biz yapdığımız çalışmalarda gerçəkləri arayırıq, qul haqqına girməkdən qorxuruq türk millətinin birliyini hədəfləyirik.  Bunlarda tərəddüd edilərmi!

- Çalışmanızda Osmanlı mənbələrinə çox az yer vermişsiniz. Bunun səbəbi nədir?

- Osmanlı mənbələrini çox diqqətlə araşdırdım. Bütünlükdə bəzi qeydlər aldım. AmmaTəəssüflə deməliyəm ki, adamlar küfür etməkdən tarix yazmağa vaxt tapa bilməyiblər. Bu da bayaq qeyd elədim, türk xalqlarını psixoloji olaraq müharibəyə hazırlamaq üçün sistemli bir şəkildə işlənilmiş vasitələr idi. O qədər çox yazılacaq şeylər vardı kiAmma bu məsələ o qədər incəliklə, o qədər həssasiyyətlə işlənilməli, şüuraltı formalaşdırılmış münasibət elə sistemli bir şəkildə oradan silinməlidir. Qaş düzəldən yerdə göz çıxardaram qorxusu ilə azacıq bir bilgiləri gün üzünə çıxardım.

ən acısı da odur ki, bu sistem hər iki tərəfdə mükəmməl bir mexanizm ilə çalışıb. Osmanlıda rastlaşdıqlarıma Səfəvidə rastlaşdım. Türkə, türkmənə  bir yabançılıq   yuxarıdan-aşağı baxmaq. Səbəbi çox sadədir. Həm Osmanlı, həm Səfəvi  tarixlərini  yazanların çox böyük bir qismi (ən azından o dönəm üçün) başqa, həm türk xalqlarının birliyinə düşmən xalqlara məxsus idilər. Üstəlik, sistemli çalışırdılar, yəni təsadüf ya kiçik qüvvələr deyil, əsrlərdir mükəmməl bir şəkildə işlənmiş, hədəfi bəlli olan bir uyğulama idi. Hətta Osmanlı ilə Qızılbaş dövlətlərinin idarələrində qohum olaraq çalışanlar vardı. mən düşünürəm ki, bunlar heç təsadüfi deyildir. Yazdığı kitabında Qızılbaşlara həqarət etməkdən başqa bir şey yapmayan Hoca Sadəddin Əfəndinin babası Şah İsmayılın yanında savaşan bir əsgərdi. Yəni Qızılbaşdı. O da dolaylı şəkildə əfəndi dədəsinə söyməkdən başqa bir şey etmədi. Təbii olaraq sadəcə  Osmanlı deyil, Səfəvi mənbələrini araşdırarkən çox diqqət etməli, ən dərin qatlara enməli hər nüansa diqqət edilməlidir.

- Siz yüzillərin şüuraltı qənaətini dəyişməyə çalışmısınız. Bu kitabdan sonra nələr yaşandı?

- Önəmli olan gerçəkləri  bulmaq toplumun birliyi ilə çalışmaq. Türkiyədəki türk toplumu, əsas olaraq uzaqdan  göründüyü kimi, bir-birindən sərt cizgilərlə ayrılmış deyil. Əlbəttə  bir çox sorunumuz var. Bir çox əskiklərimiz var. Türk milli birliyinin düşməni olan çox sayda alçaq var. Ancaq bizim kimi aydınlar da var olan çatlaqları bərpa etməyə çalışırıq.  Türk Xaqanı Şah İsmayıl kitabı nəşr olunduqdan sonra ən çox  türkçü, türk milliyyətçisi kəsimdən ilgi gördü. Amma bir məqam var ki, Osmanlı da, Qızılbaş dövləti günahıyla savabıyla bizimdir. Türk millətinindir. Şah ilə Sultan arasındakı qovğa tarixin bir məsələsi  olaraq görülüb bu şəkildə dəyərləndirilməlidir. Tarix, duyğulardan daha artıq təcrübələrin alanıdır.

Şah İsmayıl, Azərbaycan dövlətinin qurucu atasıdır. Hətta İranı Azərbaycan mərkəzli bir türk dövləti olaraq yapılandıran da odur. Ötən əsrin  başına qədər İrandakı türk hakimiyyətinin memarı da odur. Türkiyədə  isə Ələvi kəsimlər arasında Şah İsmayıl güclü bir şəkildə yaşayır. Bu bağlamda Şah İsmayıl, tarixin alt qatında qalan bir fiqur deyildir. Bu gün yaşayan, diri  bir şəxsiyyətdir. Tarixin alt qatlarında qalması gərəkən, Sultan Səlim ilə aralarındakı  qovğadır. O məsələ tarixə gömülməlidir.

 

Söhbətləşdi: Kəbutər Haqverdi

 

Ədəbiyyat qəzeti.- 2018.- 31 mart.- S.31.