Ələkbər Rzaquliyevin ağ-qara dünyası

 

XALQ ƏMANƏTİ LAYİHƏSİNİN 17-ci NƏŞRİ OLAN YENİ BƏDİİ ALBOM UNUDULMAZ RƏSSAMIN HƏYAT VƏ YARADICILIQ YOLUNA HƏSR EDİLİB

 

Noyabrın 2-də Xalq Bankın Baş Ofisində Xalq Əmanəti layihəsi üzrə 17-ci nəşrin - görkəmli Azərbaycan rəssamı, milli qrafika sənətimizin yaradıcılarından olan Əməkdar Rəssam Ələkbər Rzaquliyevə (1903-1974) həsr edilmiş bədii albomun təntənəli təqdimat mərasimi keçirildi.

 

Azərbaycan təsviri sənəti üçün əsl bayrama çevrilən bu mərasimə mədəniyyət elm mühitimizin seçkin simaları, tanınmış ictimai xadimlər, işgüzar dairələrin təmsilçiləri media nümayəndələri toplaşmışdılar. Tədbirin keçirildiyi qalereyanın salonlarında Ə.Rzaquliyevin əsərlərinin - onun yüksək sənətkarlıqla yaratdığı, cəsarətli yanaşma tərzi, məzmun forma məziyyətləri, zəngin milli koloriti ilə seçilən linoqravürlərin sərgisi təşkil edilmişdi.

Repressiyaya məruz qalan, Sibirdəki dəhşətli həbs düşərgələrində əzab-əziyyət, işgəncə dolu onillər keçirən görkəmli rəssamın ömür yolu bir çox cəhətdən ibrətamizdir. Ələkbər Ələsgər oğlu Rzaquliyev Bakının ən köklü tarixi guşəsində - qala divarları arasındakı İçərişəhərdə dünyaya gəlib. Özünün ilk yaradıcılıq nümunələrini o, hələ balaca ikən çalışdığı dükandakı qutuların üstünə çəkirmiş. İlk sənət təhsilini doğma şəhərdə alan Ə.Rzaquliyev rəssamlığın daha dərin sirlərinə Moskvadakı Ali Bədii-Texniki Emalatxanalarda (VXUTEMAS) yiyələnib, oranın qaynar rəngarəng mühitində püxtələşib. İstedadı ilə müəllimlərinin tələbə yoldaşlarının rəğbətini qazanan gənc sənətkar əsərləri Moskvada sərgilənən ilk peşəkar Azərbaycan rəssamı kimi tanınır. Həmin dövrdən günümüzə onun cəmi iki rəngkarlıq nümunəsi - hazırda Milli İncəsənət Muzeyində saxlanan Azərbaycan qadını Pəhləvanlar gəlib çatıb, qalanları, əfsuslar olsun ki, zamanın amansız burulğanında yoxa çıxıb. Sonralar Ə.Rzaquliyev öz yaradıcılıq fəaliyyətini bütünlüklə linoqravür sənətinə yönəldib. Keşməkeşli taleyinin, həyatı boyu sürətlə bir-birini əvəzləyən sevincli iztirablı çağlarının ifadəsi sayılacaq ağ-qara rənglərin növbələşməsinə, yalnız tutqun aydın ştrixlərin bir arada təzahürünə üstünlük verib. Beləliklə , doğma məmləkətini, onun məşhur insanlarını, həmçinin, sadə adamlarını əks etdirən neçə-neçə kamil əsər ortaya qoyub.

Stalin repressiyasının qorxunc caynaqları sənət yollarında yenicə irəliləməyə başlayan gənc rəssamın coşqun arzularına, yaradıcılıq planlarına qənim kəsilib. Ə.Rzaquliyev 1928-ci ildə həbs olunaraq ölümə məhkum edilib, ardından bu dəhşətli hökm 8 illik ağır sürgünlə əvəzlənib. Bir neçə dəfə məhkumluq cəzası alan, bütövlükdə ömrünün 25 ili qorxunc düşərgələrdə keçən rəssam yalnız aradakı qısa azadlıq zamanlarını doğmalarının arasında yaşamağa, bu müddətdə ailə qurmağa, atalıq səadətini dadmağa müvəffəq olub. Ancaq hər dəfə onun çox qısa sürən sevincinin ardınca amansız müsibətlər gəlib.

Arxangelskdə, Solovkidə üzləşdiyi dözülməz məşəqqətlər onun incə sənətkar ruhunda sağalmaz yaralar açmış, silinməz izlər qoymuşdu. Tikanlı məftillər arasına 25 yaşında gənc kimi düşən Ə.Rzaquliyev həbs düşərgəsindən çıxanda artıq yarım əsri adlamışdı, ömrünün ən gözəl, məhsuldar illəri arxada qalmış, sağlamlığı zədələnmişdi. Amma yaradıcılıq ehtirası sönməmiş, sabaha inamını itirməmişdi.

53 yaşında azad olub bəraət alan rəssam, dünyaya xüsusən sənət aləminə yenicə gəlmiş kimi, büsbütün yaradıcı həyata qapılır, taleyin sərt hökmüylə itirdiyi illərin əvəzini çıxmağa, aradakı böyük boşluğu doldurmağa can atır. Bu məramla bəzən sutkada 15-16 saat çalışan sənətkarın gərgin əməyi bəhrəsiz qalmır, yaratdığı möhtəşəm ağ-qara əsərlər - linoqravürlər ona böyük şöhrət qazandırır. Bakıda Moskvada açılan fərdi sərgilərdən əlavə, Ə.Rzaquliyevin əsərləri dünyanın bir çox ölkəsində təşkil olunan birgə nümayişlərdə hər zaman öz layiqli yerini alır...

Mərasimi açıq elan edərək qonaqları salamlayan tanınmış telejurnalist Dilarə Səlim ilk növbədə Xalq Əmanəti layihəsinin milli mədəniyyətimiz üçün dəyərli əhəmiyyətli töhfə olduğunu vurğuladı. Sonra isə Ə.Rzaquliyevin həyat yaradıcılıq yoluna qısaca nəzər salaraq, yeni bədii albomun təşkil olunan sərginin önəmindən söz açdı.

Tədbiri mədəni həyatımızda əlamətdar hadisə kimi dəyərləndirən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov qeyd etdi ki, əvvəlki albomlar kitablar kimi, Xalq Əmanətinin bu, yeni - 17-ci nəşri nəfis məzmunlu alınıb. Qrafika sənətimizin görkəmli nümayəndəsi Ə.Rzaquliyevin adının, haqlı olaraq, ustad Əzim Əzimzadə ilə yanaşı çəkildiyini diqqətə çatdıran F.Xəlilov çıxışını bu cümlələrlə yekunlaşdırdı: Ələkbər Rzaquliyev kimi möhtəşəm yaradıcı şəxsiyyətə həsr olunmuş mərasimdə iştirak etdiyim üçün xoşbəxtəm. İndiki praqmatizm dövründə bizim məhz belə insanlara sənətkarlara böyük ehtiyacımız var. Azərbaycan təsviri sənətinə, mədəniyyətimizə bu misilsiz töhfəsinə görə Xalq Banka, Xalq Əmanətinin yaradıcı qrupuna bütün Azərbaycan rəssamları adından minnətdarlığımı bildirirəm.

Xalq Rəssamı Tofiq Ağababayev isə Ə.Rzaquliyev haqqında danışarkən onun həyat yaradıcılığının Moskva dönəminə ayrıca toxundu, Ali Bədii-Texniki Emalatxanalarda təhsil aldığı illərin mərhum sənətkar üçün daima əziz unudulmaz olduğunu vurğuladı. T.Ağababayevin sözlərinə görə, böyük şair Nazim Hikmətlə yaxın ünsiyyət sayəsində Ə.Rzaquliyevin daxili aləmi daha da zənginləşmiş, dünyagörüşü bir qədər genişlənmişdi: 25 illik həbs sürgünlərdən sonra Ələkbər Rzaquliyev hər şeyi təzədən başlamalı olsa da, qətiyyən qorxub-çəkinmədi, çünki Sibirdə, məhbus düşərgələrində dəhşətli işgəncələrdən keçib gəlmişdi.

Nəşrin hazırlanması Ə.Rzaquliyevin həyat yaradıcılığına aid materialların toplanılması zamanı arxiv məlumatlarından bəhrələnmə zərurəti meydana çıxıb bu işin mühüm bir qismini Azərbaycan Xalça Muzeyinin direktoru, albomdakı mətnin müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova layiqincə yerinə yetirib. Ş.Məlikova mərasimdəki çıxışında Ə.Rzaquliyevin əlyazmaları ilə tanış olarkən sənətkarın sürgündə, həbs düşərgəsində necə sonsuz əzab işgəncələrlə üzləşdiyini öyrənməsindən buna görə dərin sarsıntı keçirməsindən söz açdı. Ə.Rzaquliyevin faciəvi hadisələr yaşadığını önə çəkən Ş.Məlikova bütün o müsibətlərin rəssamın mənəviyyatına xas olan, əsərlərində aydın gördüyümüz insanpərvərlik, xeyirxahlıq, alicənablıq həyatsevərlik kimi ali keyfiyyətlərə qətiyyən xələl gətirmədiyini xüsusi qeyd etdi.

Sənətşünas albomda rəssamın indiyədək işıq üzü görməyən əsərlərinə yer verildiyini vacib məqam kimi diqqətə çatdırdı.

Sənətkarın ailəsi adından onun yolunun davamçısı - oğlu Aydın Rzaquliyev çıxış edərək bu sanballı nəşrin ərsəyə gəlməsində rolu, əməyi olan hər kəsə dərin minnətdarlığını bildirdi.

Ə.Rzaquliyevin vaxtilə öz emalatxanasındakı prosesi zamanı lentə alınmış nadir kinokadrları tədbir iştirakçıları maraqla izlədilər. Qonaqlar mərasimin təşkilatçıları qalereyada gəzişərək Ə.Rzaquliyevin yaradıcılıq nümunələrinə baxdılar, ayrı-ayrı linoqravürlərin mövzusu, işlənmə texnikası digər cəhətləri barədə fikir mübadiləsi apardılar.

Bu kimi tədbirlərin daimi fəal iştirakçılarından Xalq Rəssamı, professor Arif Hüseynov, Xəzər Universitetinin qurucusu, professor Hamlet İsaxanlı digər tanınmış qonaqlar görkəmli rəssamın həyat sənət yolu, əsərlərinin məziyyətləri ilə bağlı düşüncələrini bölüşdülər. Onların qənaətinə görə, Xalq Əmanəti silsiləsinin uğurlu davamı kimi meydana gəlmiş bu albom və sərgi keşməkeşli tale üzündən zamanında layiqli miqyasda tanınmağa fürsəti olmayan Ə.Rzaquliyevin irsinin geniş auditoriyaya çatdırılması baxımından müstəsna önəm kəsb edir.

Tədbirin rəsmi hissəsinin ardından Xalq Bankın mətbuat xidmətinin rəhbəri Elşən Eynullayev media nümayəndələrinə sərginin və nəşrin hazırlanma prosesindən danışdı, daha sonra isə Ə.Rzaquliyevin yaradıcılığı barədə öz fikirlərini söylədi: Təhsil aldığı illərdə, həbs və sürgün olunana qədər daha çox rəngkarlığa meyl etdiyi halda, Ələkbər Rzaquliyev sonradan linoqravürə yönələrək, bu sənətin inkişafına böyük təkan verib. Azadlığa çıxdıqdan ömrünün sonuna qədər bütün həyatını yaradıcılıq fəaliyyətinə, öz xalqının milli mədəniyyətini zənginləşdirməyə həsr edib.

Qeyd edək ki, Xalq Əmanəti layihəsi Xalq Bank tərəfindən 2010-cu ildən həyata keçirilir. Milli mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədi daşıyan layihə çərçivəsində görkəmli söz və fırça ustalarımızın yaradıcılığı geniş təbliğ edilir. Layihə çərçivəsində işıq üzü görən albomkitablar Azərbaycan, rusingilis dillərində nəşr edilərək ölkənin aliorta təhsil müəssisələrinə, kitabxanalara, uşaq evlərinə, səfirlikərə, dünyanın nüfuzlu muzey və kitabxanalarına hədiyyə olunur.

Xalq Əmanətinin bu yeni sərgisi - Əməkdar Rəssam Ələkbər Rzaquliyevin əsərlərinin nümayişi Xalq Bankın əsas binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 22L) davam edir. Sərgini günləri saat 18.00-dan 21-dək, şənbə və bazar günləri isə saat 10.00-dan 16.00-dək izləmək mümkündür, giriş sərbəstdir.

 

Ədəbiyyat qəzeti.- 2018.- 24 noyabr.- S.32.