AYB Moskva bölməsinə yeni sədr təyin edildi

 

Abuzər Bağırov yekdilliklə sədr seçildi

 

Oktyabrın 9-da Azərbaycan Yazıçılar Birliyi Katibliyinin növbəti toplantısı keçirilib: УToplantıda uzun illər birliyin Moskva bölməsinə rəhbərlik etmiş Tofiq Məliklinin fəaliyyəti müzakirə olundu, onun birlik qarşısında xidməti yüksək qiymətləndirildi. Daha sonra Tofiq Məlikli göstərdiyi fəaliyyətə görə diplomla təltif olundu. O, üç ildən artıqdır, Bakıda yaşayaır, ona görə öz ərizəsi ilə sədrlikdən istefa verib. Onun əvəzinə Abuzər Bağırovun namizdəliyi irəli sürüldü yeldilliklə qəbul edildiФ.

Qeyd edək ki, tənqidçi-publisist Abuzər Bağırov 1954-cü ildə Gədəbəydə anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) çalışıb, Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini işləyib. Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Filologiya elmləri doktoru, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professorudur

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.3.