Fərid Hüseyn Sapanca Şeir

gecələrində iştirak edir

 

Gənc şair Fərid Hüseyn Türkiyənin Sakarya şəhərində keçirilən “XVIII Beynəlxalq Sapanca Şeir Axşamları”nda iştirak edir. Şeir axşamları 9-13 oktyabr tarixlərində keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, beynəlxalq tədbirə əcnəbi ölkələrdən yeddi şair (Somalidan Ladan Osman, Bosniya-Herseqovinadan Safija Vehaboviç-Parganlija, Makidoniyadan Vladimir Martinovski, Ukraynadan Lyudmila Diadçenko, Fələstindən Asmaa Azaizeh, Albaniyadan Ermir Nika, Azərbaycandan Fərid Hüseyn dəvət edilib. Ümumilikdə 29 şairin iştirakçısı olduğu ədəbi festivalın digər təmsilçiləri Türkiyənin seçkin qələm adamlarıdır.

Tədbirin açılış mərasimi oktyabrın 9-da Sakarya Universitetində baş tutub, rəsmi açılışdan sonra şairlər şeirlər oxuyub, tədbir Dilək Türkanın konsert proqramı ilə tamamlanıb.

Ədəbi festival çərçivəsində Kaynarca Anadolu Liseyində, Cəmil Məriç Sosial Elmlər Liseyində, Divan Kitab Kafesində, Serdivan Anadolu İmama Xatib Liseyində, SAÜ Vəqfi Kollecində şeir gecələri, ədəbi tədbirlər, müzakirə panelləri keçiriləcək.

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 oktyabr.- S.17.