Ölümbir doğuluşdur...

 

Şaiq Vəli adam kimi adam, dost kimi dost, şair kimi şair idiOnunla söhbət etmək bir aləm idi, onun öz ifasında şeirlərini dinləmək isə tamam başqa bir aləm. Şaiq öz şeirlərinin intonasiyasını özü bilirdi, onun şeirlərinin öz daxili ritmi, ahəngi vardı. O, şeirlərini ciyərlərinə əzab verə-verə deyirdi, bəzən nəfəsi çatmırdı, bəzən səsi batırdı, amma şeirdəki hisslər, onun yaratdığı tablo hər şeyi yerli-yataqlı çatdırırdı adama. Bəzən mənə elə gəlir ki, şeir ilkin formada elə Şaiqin yazdıqları kimi olub. Daş kitabələrə, dəri səhifələrə yazılan şeirlərOnun şeir dilində bir daxili nizam ("Kitabi-Dədə Qorqud dastanı"nın dili kimi) var, bir ipə-sapa yatmayan haray, ağrı sükut.

 

Dünya qoca yox, təzə yeri,

Dünya görüş yeri, umu-küsü yeri.…

Könül şanı, dərd arı -

Qəmdən çəkmə balı olur.

 

Gətir meyi, camı... olmur,

Sözsüz canın canı olmur,

Şaiq Vəli hamı olmur,

Hamı Şaiq Vəli olur.

 

Şaiq Vəli öz dünyasının dərvişi idi, bir mistikaya meyilli adam... Bəzən yuxu danışırdı, amma yuxularında son olmazdı. Şaiqin yuxuları nöqtələnməzdi. Şaiq deyirdi ki, yuxuda qaçıramSonra da bir gün baş-başa verib dərdləşdiyimiz vaxt açdı yuxusunun sirrini. Sən demə əcəldən, daha doğrusu, əcəlindən qaçırmış Şaiq.

 

Sanma insan qusdu -

Fələk daş atdı uçdu.

Ölüm bir doğuluşdu -

Əbədi bir dərgah var, var!

 

Qismətin Yer üzündə əvvəl yaranıb,

Göz yaşın gözündən əvvəl yaranıb,

Baş daşın özündən əvvəl yaranıb,

Alın yazısı var, tale var, var!..

 

Şaiq Vəli şeir yazdı, amma öz şeirlərini yazdı, özü kimi yazdı, öz qəlibində yazdı. Bu dünyada hamı kimi şeir yazan şairlər çoxdur, özü kimi yazanlar tək-tükdü Şaiq o təkərdəndir.

Laylası sazla deyilən, gözünü açdığı gündən qoşmayla, bayatıyla, gəraylıyla nəfəs alan Şaiq Vəli qoşmasını, bayatısını da, gəraylısını da fərqli yazdı.

 

O, adam kimi adam idi deyirdi ki:

Sənə ağı dedim, qaranı dedim,

Sənə sənin sirrini dedim,

Sənə Şaiq Vəlinin yerini dedim,

Baş girləyir, söz içində gizlənib.

O, dost kimi dost idi:

Yaşıl gözlərim dartınır,

Uzanır Vətənə bulaqsayağı;

Umud Rəhimoğlu görünür

Bənövşə ürəyim üstünə əyili.

 

 

 

Dostluq quşu qonub çiynimə,

Daşa tutarlar uçmaz!

Dən atarlar, uçmaz.…

Yaddaşımda kölgəlik sürünür,

Çoxları xatrıma gəlmir.…

Umud Rəhimoğlu yada düşmür,

Umud Rəhimoğlu görünür...

nəhayət, o, şair kimi şair idi:

Dünyaya üz tutan divanəymiş,

Divanə devanəymiş!...

Bu dünya nəymiş, ah, nəymiş -

Şərab süz, dostum, mənə şərab süz!

 

Şaiq eşqin özünü sevirdi. Şaiq şərabın sərxoşluğunu yox, tamını sevirdi. Şaiq dostluğun kişiliyini sevirdi. Şaiq həyatın gerçəyini sevirdi. bir gün Şaiq üçün eşq bitdi - eşqi sevmək . Şərabın tamı getdi - sərxoşluğu qaldı. Dostlarancaq dostunu son mənzilə aparmağa yarıyan dostlar qaldı. bir həyatın gerçəyi - ölümlə başlayan doğuluş qaldıXərçəng yedi, bitirdi Şaiq Vəlini… Son nəfəsində Umud Rəhimoğluna baxdı, ailəsinə baxdı, başının üstünü kəsdirib içində ağlayan dostlarına baxdı ağlaya-ağlaya gəldiyi dünyaya başını bulayıb getdi    

Şaiq vaxtını, ömrünü, "tək"ini, "cəm"ini, "öz"ünü, "mən"ini həyat adlı dəyirmanda üyüdüb getdi. İki əl boyda kitabı, əlliyə yaxın şeiri bir unudulmaz xatirələri qaldı. Şaiq son kitabını görmədi, yaxşı dostlar sağ olsun, onun ölümündən az sonra Şaiqin elə bizim çoxumuzun dostu Umud Rəhimoğlu Şaiqin "Eşq şərab" adlı kitabını nəşr etdirdi. Amma çoxu, lap çoxu Şaiq Vəli kimi bir şairin şeirlərini oxumaq arzusundadır.

Arabir Şaiqin şəklini paylaşıb "Oralarda var, yox, Şaiq Vəli?" xəbər alıram

Hələ ki, cavab yoxdur

Ruhun şad olsun, dərdiş.

 

Əyyub QİYAS

 

Ədəbiyyat qəzeti.- 2018.- 13 yanvar.- S.5.