Dünya müsəlmanlarına müraciət

 

Bildiyiniz kimi Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Fələstinə göstərilən yardımı kəsməyə qərar verib.

Məqsəd Fələstin xalqının qürurunu qırmaq, Qüdsə görə, Peyğəmbərimizin ilk dəfə namaz qıldığı məscidə görə kiçik Fələstin xalqını təslim olmağa məcbur etmək məqsədi güdür. Elə bilirlər ki, pulla-parayla müsəlmanı dinindən, dininin müqəddəs ocaqlarından imtina etdirmək mümkündür.

Ey dünyadakı dindaşlarım, müsəlman qardaşlarım, gəlin Donald Tramp kimilərə sübut edək ki, cənablar, yanılırsınız!

Dünyadakı hər bir müsəlman bir manat həcmində yardım etsin. Dövlətlilər isə vicdanının rəva bildiyi qədər.

Fələstin xalqının bu ağır sınaqdan məğrur çıxmasına yardımçı olaq.

Biz bunu etməsək, hər kəsin Allah yanında bu dinə ibadəti tam olmayacaq. Çünki müsəlmanın insana, hər bir canlıya yardımı ibadətdəndir.

Onda ola ki Fələstin xalqı kimi müqəddəs ocağını qoruyan müsəlman qardaşımız olsun. Yardım edin! İmanınız kamil olsun qardaşlarım.

Yaxşı olar ki, yardım hər ölkənin Nazirlər Kabinetində müvafiq bir şöbədə yığılıb Fələstinə göndərilsin.

 

25.01.2018

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2018.- 27 yanvar.- S.8.