Çingiz Abdullayev – 60

 

Hörmətli Çingiz müəllim!

Sizitanınmış nasir, Azərbaycanın xalq yazıçısını – 60 yaşınızın tamam  olması  münasibəti ilə təbrik edirik.

Sizin imzanız ədəbi ictimaiyyətə ötən əsrin səksəninci illərindən tanışdır. Bədii yaradıcılığa detektiv hekaylərlə başlamısınız. 1987-ci ildə «Yazıçı» nəşriyyatı ilk kitabınızı – «Mavi mələklər»i çapdan buraxmışdır. Sonrakı illərdə Bakı, Moskva, Minsk, Xarkov, Rostov, Krasnodarb. şəhərlərin nəşriyyatlarında çoxlu sayda kitablarınız nəşr edilmişdir. Dronqo haqqında romanlar, Xüsusi xidmət orqanları və əməkdaşları haqqında romanlar, Təkəlli qatil haqqında romanlar, Kriminal dramlar, Tarixdən etüdlər silsiləsindən iki yüz otuzdan artıq kitabınız oxuculara təqdim edilmişdir. Böyük oxucu auditoriyanız olduğu kimi, əsərlərinizin nəşr coğrafiyası da genişdir. Dünyanın 40-dan artıq ölkəsində, o cümlədən ABŞ, Rusiya, Türkiyə, Fransa, İsveç, Norveç, Rumıniya, Bolqarıstan, Estoniya, Argentinas. ölkələrdə kitablarınız nəşr olunmuşdur. Kitablarınızın ümumi tirajı 30 milyondan çoxdur. Milli ədəbiyyatımızda detektiv janrının, xüsusən siyasi detektivin yaranmasında, inkişafında müstəsna xidmətləriniz var. Əsərləriniz əsasında on film çəkilmişdir. Ədəbi fəaliyyətiniz yüksək qiymətləndirilmiş, «Azərbaycanın xalq yazıçısı»  fəxri adına, «Şöhrət» ordeninə, MDB-nin «Birliyin ulduzları» kimi nüfuzlu beynəlxalq mükafatlara, çoxlu sayda ədəbi mükafatlara, o cümlədən on bir beynəlxalq medala layiq görülmüsünüz.

Azərbaycan Yazıçılar Birliyinin katibisiniz. Beynəlxalq Yazıçılar Birliyinin idarə heyətinin üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun sədrlərindən birisiniz. Azərbaycan PEN-Klbunun Prezidenti, İnterpolun fəxri səfiri, «Neftçi» Müşahidə Şurasının sədrisiniz.

Hörmətli  Çingiz müəllim!

Sizi bir daha yubileyiniz münasibətiilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, yeniyeni yaradıcılıq uğurları arzulayırıq.

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 aprel.- S.18.