Üst Ad” yazı müsabiqəsinə

qatılmış uşaqlar mükafatlandırıldı

 

 Ustadədəbiyyat sənət dərgisinin təşkil etdiyiÜst Ad” uşaq yazıları müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. Tədbir dərginin təsisçisiHədəfnəşrlərində baş tutub. MərasimdəHədəfnəşrlərinin direktoru, yazıçı Müşfiq XAN direktor müavini, redaktor Səbuhi Şahmursoy çıxış edib, müsabiqənin təşkili nəticələri haqqında danışıblar. Tədbirdə iştirak edən yazıçı Günel Eyvazlı şairə-yazıçı Sevinc Elsevər çıxış edərək qaliblərə uğurlar arzulayıblar. Müsabiqənin bütün qalibləri münsiflər tərəfindən yüksək bal almış uşaqlar diplom müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, “Üst Ad” uşaq yazıları müsabiqəsində 8-15 yaşlı uşaqlar öz yazıları ilə iştirak edirdi. Hər yaş kateqoriyası üzrə bir nəfər qalib olsa da, fərqlənən uşaqların da yazılarıUstaddərgisinin 26-cı sayında dərc olunub. Qaliblər fərqlənən uşaqların adlarını təqdim edirik:

8 yaş kateqoriyası üzrə qalib Yusif Cəbili – “Mikayıl Müşfiqhekayəsi;

9 yaş kateqoriyası üzrə qalib Məhəmməd Əhədzadə – “28 may – Respublika günüinşası;

10 yaş kateqoriyası üzrə qalib Rüxsarə Həsənli – “Xeyirxahlar krallığınağılı;

11 yaş kateqoriyası üzrə qalib Nəzrin Məmmədova – “Mənim bayrağıminşası;

12 yaş kateqoriyası üzrə qalib Ayxan Məmmədli – “Buduqhekayəsi;

13 yaş kateqoriyası üzrə qalib Nilufər Əzimzadə – “Uçan qıznağılı;

15 yaş kateqoriyası üzrə qalib Mələk Cəbrayılzadə – “Arazbarıessesi.

8 yaş kateqoriyasında fərqlənən müəllif Banu Əliyeva – “Möcüzəli gölGöy gölhekayəsi;

9 yaş kateqoriyasında fərqlənən müəllif Aysu Rəsulova – “Qız qalası” inşası;

10 yaş kateqoriyasında fərqlənən müəllif Əhməd Qəmbərli – “Dövlət bankında cinayət” hekayəsi;

11 yaş kateqoriyasında fərqlənən müəllif Nərmin Əzimzadə – “Qırışlar və sızanaqlar” şeirlər silsiləsi;

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.29.