Nüfuzlu türkiyəli tarixçi, professor

İlbər Ortaylıı Yazıçılar Birliyində

 

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyində (AYB) olub.

AYB-dən Kult.az-a verilən məlumata görə, uzun illərdir dostluq münasibətində olduğu birliyin sədri, xalq yazıçısı Anarla görüşən İlbər Ortaylı ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Yazıçılar Birliyinin sədri Anar dostu, professor İlbər Ortaylının Azərbaycana səfərinin təşkil edilməsindən məmnunluğunu ifadə edərək qonaqlara AYB-nin tarixi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.

Sonra AYB sədri türkiyəli tarixçi, professor İlbər Ortaylıya Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlük vəsiqəsini təqdim edib.Daha sonra xatirə şəkilləri çəkilib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 20 aprel.- S.2.