MİFOLOGİYA

 

Yəhudi mənşəli böyük alman şairi Henrix Heyne Avropa şeirinə Şərq koloriti, alman praqmatizmi ironiyadan ibarət bir çalar gətirdi. Belə deyərdim ki, onun yaradıcılığı "Don Kixot"un poeziya variantıdır həmişə yaşamaq hüququ qazanıb. Oxucu, yaradıcı insan onu hər dəfə oxuduqca könlünə xoş olan nəsə tapa bilər, çünki bu şeirlərin böyük hissəsi müxtəlif tarixi anların poetik halıdır. Şairin "Mifologiya" kitabından dilimizə çevirdiyim azərbaycanca ilk dəfə səslənəcək bu şeirləri ölkəmizdəki ədəbi prosesə yeni nəfəs gətirən "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirəm. Gözəl şeylərdə şeirlərdə hamıya fayda var.

 

Elxan Zal Qaraxanlı

 

I Karl

 

Kömürçü daxmasında

 

Kral oturub qayğılı.

 

Yürgələyir körpəni,

 

Mahhı deyir yanğılı.

 

 

Layla, layla, qoyunlar

 

Burunlayır axuru.

 

Alnında işarət var,

 

Gülüşündən qorxuram.

 

 

Layla, layla, pişik yox.

 

İşarətin qorxuncdur.

 

Sən balta götürəndə

 

Palıdlar da ağlaşdı.

 

 

İmanlıydı kömürçü,

 

Uşaqlarsa ayrıdı.

 

İnanmırlar Allaha

 

Krala da yoxdu sayğı.

 

 

Hər gün əriyir canım,

 

Layla... hələ uşaqsan.

 

Bilirəm ki, cəlladım

 

Bir gün sən olacaqsan.

 

 

Beşik nəğmən mənə yas.

 

Kəsəcəklər saçımı.

 

Soyuq dəmir, bədəndən

 

Ayıracaq başımı.

 

 

Layla, layla... pişik yox.

 

Talendə krallıq var.

 

Başımı qoparan gün

 

Pişik rahatlanar.

 

 

Pişik yoxdu... siçanlar

 

Sevincindən oynadı.

 

Samanlar xışıldaşır,

 

Yat balaca cəlladım.

 

 

Qızıl buzov

 

Skripka, sitra, nağara!

 

İakovun nəvələri

 

Qızıl buzov ətrafında rəqs eləyir.

 

Büt önündə. dəhşət! Vay!

 

Timpan səsi, gülüş, haray.

 

 

Rəqs fırlanır, uçur ətək,

 

Xiton qalxır köbəyədək.

 

Qızlar süzür fahişətək

 

Qızıl bütün dövrəsində.

 

 

Müdhiş olay!

 

Timpan səsi, gülüş, haray.

 

Aaron bu baş kahin,

 

Rəqsinə uyub cəhlin.

 

sanından utanır,

 

donundan utanır.

 

Lap keçidir. Vay, vay, vay

 

Timpan səsi, gülüş, haray.

 

 

 

Çar Davud

 

Rahat ölür Davud çar,

 

Çünki bilir, qayda var -

 

Taxta çıxan hökmdar

 

Xalqı qul kimi saxlar.

 

 

Qul öküzdü, alaşadır,

 

Boyunduruqla qoşadır

 

Onu bezdirsə qubar

 

Tez boynunu sındırar.

 

 

Çar Davud ölüm anı,

 

Çağırır Suleymanı:

 

Sən sükanı boş tutma

 

İoavı unutma.

 

 

O cəsur generaldı,

 

Məni çox dərdə saldı.

 

Amma bircə kərə

 

Dərs vermədim o itə.

 

 

Oğlum, sən ağıllısan,

 

Tanrımıza bağlısan.

 

İoavı məhv etmək

 

Sənin hüququndur. Tək.

 

 

Əsirlər gəmisi

 

Superkarqo Minger van Kuk,

 

Yaman qayğılıdır, bərk fikirdədir.

 

Gəliri, çıxarı hesablayır o,

 

Apardığı malı haqq-hesab edir.

 

 

"Sumax da yaxşıdır, bibər yaxşı,

 

Üç yüz çəlləkdən artıqdır burda.

 

Bol-bol altun da var, fil dişləri ,

 

Dəyərə malikdir qara mallar da.

 

 

Altı yüz zəncini aldım müftəcə,

 

Üzü Seneqaldan dönəndə bəri.

 

Onların damarı kəndir kimidir,

 

Metaldan möhkəmdir əzələləri.

 

 

Verdim əvəzində mən ucuz şərab,

 

Bir az şüşə şeylər, bir top da sətin.

 

Onların yarısı qırılsa yolda,

 

Səksən faiz olar gəlirim yəqin.

 

 

Bəli, üçcə yüz baş qaradərili,

 

Rio de Janeyroya çatsa salamat,

 

Qonsales Pereyro bu heyvanların,

 

Verər hərəsinə, məncə, yüz dukat".

 

 

Xəyal dənizində üzərkən van Kuk,

 

Fikrini çəkərkən bol qazanc dağı,

 

Onun kayutuna xəbərlə gəldi,

 

Herr van der Smissen-gəmi cərrahı.

 

 

Qurudur ağactək, burnu qırmızı,

 

Gözünün altında üç ziyili var.

 

"Eskulapım mənim! - söyləyir van Kuk,

 

Görən necədirlər bizim qaralar"?

 

 

Həkim təzim edib belə söyləyir:

 

"Səndən gizlədim, xəbər var qara.

 

Elə bil axşamdan bəri çor düşüb,

 

Şeytan nəcabəti bu məlunlara.

 

 

Əvvəllər ölərdi biri-ikisi,

 

Yeddisi gəbərib, amma bu axşam.

 

Dördü dişilərdi, üçü erkəkdi,

 

Bunu dəftərçədə qeyd eləmişəm.

 

 

Gedib cəsədləri özüm yoxladım,

 

Bəzən kələk gəlir bu itlər bizə.

 

Ölütək uzadıb gözləyirlər ki,

 

Onları götürüb ataq dənizə.

 

 

Açdım ölənlərin zəncirlərini,

 

Mən ciddi qaydalar qoymuşam artıq.

 

Ölən zəncilərin leşlərini biz,

 

Səhər açılanda dənizə atdıq.

 

 

Bal üstə yığışan milçəklər kimi,

 

Hər yandan töküldü ac akulalar.

 

Onlar yaxşı bilir, zənci ətindən

 

Məndə onlar üçün həmişə pay var.

 

 

Yanında üzürlər onlar hər zaman

 

Gəminin, çıxalı biz uzaq portdan.

 

İyrənc məxluqlara iy verən leşlər,

 

Dadlıdır, şirindir hər cürə tortdan.

 

 

Onların sürətli leş qapmaları

 

Əsl tamaşadır, əsl tamaşa.

 

Bir dəstə qopardır ayaqlarını,

 

Bir dəstə dişini yeridir başa.

 

 

Tuluğu doldurub gəlirlər yaxın,

 

Məmnun baxışları mənə bərəlir.

 

Elə bil bu dadlı yeməklər üçün,

 

Köpək balığından təşəkkür gəlir".

 

 

Amma ah çəkərək söylədi van Kuk:

 

əlac eyləyək? Yol yoxmu məgər?

 

Biz necə qurtaraq böylə ziyandan,

 

Azaltmaq olarmı bunu bir qədər.

 

 

Həkim cavab verdi:"bu olanlara

 

Qaralar özləri olublar bais.

 

Türmlərdə elə bir üfunət var ki,

 

İnsan yoxa çıxar orda tər-təmiz.

 

 

Amma bəziləri ölür qüssədən

 

Onlara lazımdır könül nəğməsi.

 

Kədəri atmağın üç əlacı var:

 

Bol hava, rəqslər alət səsi.

 

 

Van Kuk ərklə deyir:"Əziz eskulap,

 

Çox gözəl məsləhət verirsiniz siz.

 

Şanlı İskəndərin böyük ustadı

 

Böyük Ərəstundan daha yekəsiz.

 

 

Musiqi, musiqi... hamı yuxarı.

 

Çəkin zənciləri siz yuxarıya.

 

Hamı rəqs eləsin, şən olsun deyə

 

Oynadın onları siz döyə-döyə".

 

II

 

Lacivərd səmada yüz milyon ulduz,

 

Qadın baxışıtək gətirir dəmi.

 

Bir az nəvaziş var, bir az kədər var

 

Sərhədə sığmayan sirli aləmin.

 

 

Şturman sinəsinə sıxıb skripkanı,

 

Həkim fleyta tapıb onu üfləyir,

 

Yunqa dayanmadan döyür təbilə,

 

Aşpaz zurnasında şərqilər deyir.

 

 

Yüz zənci rəqs edir vurğunlar sayaq

 

Hər şey dirənibdir yaman çətinə.

 

Tərləyir, təngişir, boğulur onlar,

 

Zəncirlər işləyir zənci ətinə.

 

 

Ehtiraslar coşur, şallaq dillənir,

 

Titrədir gəmini çılğın oyunlar.

 

Qorxudan titrəyən çılpaq gözəllər

 

Çılpaq erkəkləri qucaqlayırlar.

 

 

Rəqslərin rəhbəri nəzarətçidir,

 

Yoğun qamçısıyla çırpır tənləri.

 

Vurur ki, tənbəllik etməsin heç kim,

 

Rəqslərin sürəti düşməsin geri.

 

 

Di - dey - dum - dey, şned-dere-denq!

 

Danqıltı səsinə qarışıb hər yan.

 

Böyük okeanın su nəhəngləri,

 

Təbil səslərinə çıxırlar sudan.

 

 

Köpək balıqları çıxırlar üzə,

 

Maraqlı tamaşa çəkir onları.

 

Heyran gözlərilə baxırlar mat-mat,

 

gözəl təamlar göndərib Tanrı.

 

 

Onlar marçıldadır dodaqlarını,

 

Bilirlər çox qalıb hələ nahara.

 

Bərkdən əsnəyirlər, nəhəng dişləri

 

Bənzəyir dəhşətli iri mişara.

 

 

Di - dey - dum - dey, şned-dere-denq!

 

Baraban səsləri tutur dünyanı.

 

Yazıq akulalar darıxdığından

 

Dişləmək istəyir quyruqlarını.

 

 

Bu çalğı, musiqi, bu daram-baram,

 

Çox iyrənc görünür akulalara.

 

Albion şairi yaman demiş -

 

"İnanma musiqi qanmayanlara".

 

 

Di - dey - dum - dey, şned-dere-denq!

 

Gurultu səsləri artır bir daha.

 

Van Kuk dayanıbdır dorun yanında

 

dua eyləyir göydə Allaha:

 

 

"İlahi, rəhm elə İsa eşqinə,

 

Sən bu suçlulara özün ol kömək.

 

Bu qara qullara qəzəb eyləmə,

 

Onlar kütbeyindir qanmaz heyvantək.

 

 

İlahi yazığın gəlsin bəndənə,

 

Rəhm elə, onları ölümdən qurtar.

 

Üç yüzdən az qalsa bu qullar əgər,

 

İdarəm bağlanar, evim yıxılar".

 

 

Henrix Heyne

 

Çevirəni: Elxan Zal Qaraxanlı

Ədəbiyyat qəzeti.- 2019.- 7 dekabr. S. 9