Kulis ilin yazıçılarını seçdi

 

Kulis.az mədəniyyət portalı 2019-cu ilin yazıçısını, şairini və tənqidçisini seçib.

Mənbədən aldığımız məlumata görə qaliblərKulisin əməkdaşlarından ibarət münsiflər heyəti tərəfindən Kulis.az saytında və digər mədəniyyət, ədəbiyyat saytlarında, eyni zamanda bu sahəyə aid qəzet və jurnallarda gedən materiallar, cari ildə çap olunan kitablar əsasında seçilib. Mükafata layiq görülənlər arasındaƏdəbiyyat qəzeti”nin şöbə müdiri, filologiya elmləri doktoru, tənqidçi, ədəbiyyatşünas Elnarə Akimova da var.

Elnarə Akimova  Yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına bu il çap olunanDüşüncə zamanı - ədəbi tənqid diskurs kimiƏdəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığıMüstəqilliyin ədəbiyyatı müzakirə diskursundakitablarına görə "İlin tənqidçisi" adına layiq görülüb.

Həmçinin Səfər AlışarlıQız manekenpovest hekayələr kitabına Kulis”də yayımlanan yeni hekayələrinə görəİlin yazıçısı”, Həmid Herisçi isə  Kulisdə yayımlanan geniş marağa səbəb olan şeirlərinə görəİlin şairiseçilib.

Xatırladaq ki, təqdimat mərasimi dekabrın 25-i saat 15-də “Apa Group”un konfrans zalında keçiriləcək.

 

Ədəbiyyat qəzeti.- 2019.- 21 dekabr.- S.29.