2019-cu ilin ədəbiyyat

mükafatları təqdim olundu

 

Dekabrın 25-də APA Goup-un akt zalında Kulis.az saytının 2019-cu ilin yazıçısına, şairinə və tənqidçisinə verdiyi mükafatlar sahiblərinə təqdim olunub.

Təqdimat mərasimini giriş sözü ilə açan yazıçı,  Kulis.az-ın baş redaktoru Şərif Ağayar ilin yazıçılarının seçim prinsipindən danışaraq il boyu ədəbi və mədəni prosesləri yaxından izləyən sayt kollektivinin seçim zamanı 2019-cu ildə ədəbi fəallıqları ilə seçilən peşəkar ədəbiyyat adamlarına üstünlük verdiklərini söyləyib.

Çıxış edən tənqidçi-ədəbiyyatşünas Cavanşir Yusifli tədbirin əhəmiyyətindən söz açaraq təşkilatçılar tərəfindən ənənəyə çevrilən bu tip hadisələrin ədəbi mühitə müsbət təsirindən söz açıb.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan seçilən şəxsləri təbrik edərək sayta atdığı bu addıma görə təşəkkürünü bildirib. Laureatlar arasında “Ədəbiyyat qəzeti”nin əməkdaşının olmasını xüsusi vurğulayan Azər Turan bu təşəbbüsü həm də qəzetin il ərzində göstərdiyi fəaliyyətə qiymət kimi dəyərləndirib.

Ardınca laureatlara mükafatlar təqdim olunub.

Bu il çap olunanDüşüncə zamanı - ədəbi tənqid diskurs kimiƏdəbiyyat qəzeti”ndə təşkil olunan ədəbi müzakirələrin toplandığıMüstəqilliyin ədəbiyyatı müzakirə diskursundakitablarına görə, həmçinin  yeni ədəbiyyat nümunələrindən, xüsusən gənclərin yaradıcılığından mütəmadi yazdığı səmərəli tənqidi yazılarına görəİlin tənqidçisimükafatına Elnarə Akimova layiq görülüb.

Qız manekenpovest hekayələr kitabına görəİlin yazıçısımükafatına Səfər Alışarlı, Kulis.az saytında yayımlanan geniş marağa səbəb olan şeirlərinə görəİlin şairimükafatına Həmid Herisçi layiq görülüb.

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.15.