Milli Kitabxanada İmadəddin Nəsiminin 650

illiyinə həsr edilmiş kitabların təqdimatı keçirilib

 

Dekabrın 24-də Mədəniyyət Nazirliyi Milli Kitabxana ilə birgə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş kitabların təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçı-publisist, professor Hüseynbala Mirələmovun Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Son səfər povesti, Milli Kitabxananın Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından nəşr etdiyi İmadəddin Nəsimi. Biblioqrafiya kitabı və İmadəddin Nəsimi650 elektron məlumat bazası oxuculara təqdim olunub.

Bütün iştirakçıları salamlayan Milli Kitabxananın direktoru, Kərim Tahirov deyib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Nəsimi ili elan edilməsi haqqında sərəncamlarına uyğun olaraq nəinki ölkəmizdə, həm də dünyanın bir çox yerlərində silsilə tədbirlər və təqdimatlar keçirilir, kitablar çap edilirşairin yaradıcılığına yenidən nəzər salınır. Bu gün təqdimatına toplaşdığımız kitablar da məhz bu qəbildəndir.

Bildirilib ki, Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə reallaşdırdığı Mədəni sərvətlərimizin vətənə qayıdışı layihəsi çərçivəsində Nəsiminin müxtəlif ölkələrdən 30-a yaxın əlyazmasının sürəti Azərbaycana gətirilib. Bu istiqamətdə işlər davam etdirilir.

Prezident İlham Əliyevin doğum günündə belə təqdimatın keçirilməsini yüksək qiymətləndirən Mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, bu gün ölkə başçısının uğurlu daxilixarici siyasəti nəticəsində Azərbaycan dünya səviyyəsində nümunəyə çevrilib, regionun qabaqcıl dövlətləri sırasındadır. Tədbir iştirakçıları adından ölkə başçısını təbrik edən nazir 2019-cu ilin Nəsimi ili elan olunmasını bütövlükdə mədəniyyətimizin uğuru kimi dəyərləndirib.

Ölkə rəhbərliyi səviyyəsində Nəsimi yaradıcılığına daim diqqət göstərildiyini deyən nazir 1973-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin qətiyyəti sayəsində Bakıda Nəsiminin heykəli ucaldılıb, bədii film çəkilib, metrorayon şairin adına adlandırılıb, onun əsərləri ana dilində kütləvi çap olunub.

Müstəqillik dövründə isə Prezident İlham Əliyevin imzaladığı sərəncamların şairin əsərlərinin çapında, dünyada təbliğində mühüm rol oynadığını söyləyən Mədəniyyət naziri ölkə rəhbərliyinin təşəbbüsü ilə Nəsimi irsinin daha geniş şəkildə tədqiq və təbliğ olunduğunu söyləyib.

Ə. Qarayev deyib ki, Nəsimi ili çərçivəsində silsilə tədbirlər davam edir. Nəsimi ilinə töhfə olan daha bir incəsənət layihəsi dekabrın 27-də təqdim olunacaq. Həmin gün Heydər Əliyev Sarayında görkəmli bəstəkar, Xalq artisti, professor Firəngiz Əlizadənin Nasimi passion əsəri əsasında vokal-xoreoqrafik tamaşanın nümayişi nəzərdə tutulub.

İmadəddin Nəsimi. Biblioqrafiyasının hazırlanmasını Nəsimi ilinə dəyərli töhfə hesab edən nazir vurğulayıb ki, bu il Nəsimi ilə bağlı çap olunan əsərlər içərisində tanınmış yazıçı Hüseynbala Mirələmovun Son səfər povestixüsusi yer tutur.

Tədbirdə akademiklər Teymur Kərimli, Nizami Cəfərov, Milli Məclisin deputatı Hadi Rəcəbli və başqaları yeni nəşrləri yüksək qiymətləndiriblər.

Qeyd edilib ki, Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir.

Natiqlər Milli Kitabxananın Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından nəşr etdiyi İmadəddin Nəsimi. Biblioqrafiyasını fundamental nəşr adlandırıblar. Biblioqrafiyada Nəsiminin kitabları, dövrü mətbuatda, dərsliklərə, məcmuələrdə çap olunmuş əsərləri, şairin həyat və yaradıcılığını əks etdirmiş nəşrlərin öz əksini tapdığı bildirilib.

Çıxışlarda Son səfər povesti Nəsimiyə ideya-estetik mövqedən yeni baxış təşəbbüsü kimi qiymətləndirilib. Əlavə edilib ki, yazıçı bu povestində şair-mütəfəkkir Nəsimini hər şeydən əvvəl XX əsrin ikinci yarısının ədəbiyyatında yaradılmış ideal insandan daha çox təbii və real kamil insan kimi təsvir edib.

Bildirilib ki, Son səfər povesti Nəsimi ilə bağlı yeni tarixi mərhələnin ilk parlaq bədii nümunəsi kimi olduqca əhəmiyyətlidir. Əsərdə Hüseynbala Mirələmovun Nəsimi mövzusuna ənənəvi yanaşmadan fərqli olaraq, azərbaycançılıq mövqeyindən müraciət etməsi, böyük sənətkarı hər cür dini-ideoloji baxışdan uzaq, həyati şəkildə, təbii insan obrazı kimi oxuculara çatdırması cəsarətli addım hesab olunmalıdır.

Sonra iştirakçılara Milli Kitabxana tərəfindən hazırlanmış İmadəddin Nəsimi650 elektron məlumat bazası təqdim edilib.

Sonda povestin müəllifi Hüseynbala Mirələmov tədbirin iştirakçılarına təşəkkürünü bildirib.

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.27.