Yazıçılar Birliyi Gənclər

Şurasının üzvləri qəzet və jurnalların

redaksiya heyətinə qəbul ediliblər

 

Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının üzvləri AYB-nin bir neçə mətbu orqanının redaksiya heyətinə üzv qəbul ediliblər. Şuranın sədri Fərid Hüseyn Ədəbiyyat qəzetinin, şuranın müavini Cavid Zeynallı Ulduz jurnalının, Ramil Əhməd Günel Şamilqızı isə Dünya ədəbiyyatı dərgisinin redaksiya heyətinə üzv qəbul ediliblər. Qeyd edək ki, növbəti mərhələdə Şuranın başqa nümayəndələrinin digər mətbu orqanlara üzv edilməsi nəzərdə tutulur.

Fərid Hüseyn Gənclər Şurasının fəaliyyəti barədə açıqlamasında qeyd edib: Biz istəyirik ki, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası olaraq aktiv fəaliyyət göstərək. Redaksiyalara yeni üzv olan gənc qələm sahibləri çoxdandır ki, həmin qəzet jurnallarla fəal əməkdaşlıq şəraitində çalışırdılar. Bizə etimad göstərən qəzet jurnalların baş redaktorlarına minnətdarlığımızı bildiririk.

Bu günlərdə Bakı Mühəndislik Universitetində dahi ədib Məhəmməd Hadiyə həsr olunmuş müzakirə-seminar keçirdik. Şuranın üzvləri Günel Şamilqızı, Fuad Cəfərli mən həmin tədbirdə iştirak etdik. Yeni ildə Azərikitabda Dünya ədəbiyyatı nədir? mövzusunda maraqlı bir tədbir keçirəcəyik. Tədbir ustad dərsi şəklində nəzərdə tutulub. Eyni zamanda ayda bir dəfə müxtəlif ədəbi məsələlər kitablar haqqında müzakirə saatları təşkil etməyi planlaşdırmışıq.

Bundan başqa, Gənclər Şurasının üzvlərindən bir neçəsinin kitabı Türkiyə türkcəsində işıq üzü görəcək. Artıq əsərlərin redaktə tərcümə prosesi başlayıb. Gələn il Ulduz jurnalının bir sayını bütövlükdə Gənclər Şurası çapa hazırlayacaq bu nömrə poeziyaya həsr ediləcək. Artıq gənclərin əsərləri adıçəkilən jurnala təhvil verilib.

Şuranın 21 üzvü var. Biz ədəbi yaradıcılıqla məşğul olan gənclərlə əməkdaşlıq edirik bu proses gələcəkdə daha geniş vüsət alacaq.

 

Ədəbiyyat qəzeti.- 2019.- 28 dekabr.- S.32.