Şair BabullaBeynəlxalq Mahmud

Kaşqari mükafatıilə təltif edilib

 

Mahmud Kaşqari adına Beynəlxalq Fond tanınmış şair - publisist Babullanı (Səlimov Babulla Qulu oğlu) “Beynəlxalq Mahmud Kaşqari mükatı ilə təltif edib.

Azərbaycan Yazıçılar Birliyinin Bədii tərcümə Ədəbi əlaqələr Mərkəzində keçiçirilən tədbirdə mükafatı təqdim edən Fondun qurucu başqanı Elxan Zal Qaraxanlı bildirdi ki, “şair Babulla bir yaradıcı insan, vicdanlı məmur böyük inanc sahibi kimi həmişə xalqımızın xidmətində durub, öz yazıları əməlləri ilə türk-islam ənənələrini yaşatmağa çalışıb. Onun rəhbərli altında Əli Bayramlıda (indiki Şirvan) ücaldılan,  türklüyün mənəvi simvolu sayılan  Dədə Qorqudabidə kompleksi ölkəmizdə bir ilk olmaqla bərabər, digər məmurlarımız üçün bir örnəkdir. Şah İsmayıl müridlərinin nəslindən olan Babulla müəllim, bu günlərdə nəşr etdirdiyiSonamkitabında milliadət ənənələrimizi ən gözəl boyalarla təsvir edib. Bu kitabı oxuyanda  anlayırıq ki, bu mənəvi çöküş zamanında dünya elə ümidsiz deyil. qədər türk əxlaqı var, sevgi var olacaq. Bu kitab çağdaş türklüyün məhəbbət dastanıdır. Millətə xidmət titulla deyil, istedadla olur, vicdanlı çalışma ilə olur”. Mərasim iştirakçıları- şair Ramiz Məmmədzadə, Yazıçı Məqsəd Nur, şair Yavuz Cəlil, Bədii tərcümə Ədəbi əlaqələr Mərkəzinin sədri Səlim Babulla oğlu, Fondun icraçı direktoru Əfqan Nəsirli şair Babullanın istər bir yaradıcı insan, istər bir dövlət adamı kimi mədəniyyətimizə verdiyi tövhələrdən bəhs ediblər.

Beynəlxalq Mahmud Kaşqari Mükafatı” 2006-cı ildən Mükafat Komissiyası (Törə Ocağı) tərəfindən verilir. Mükafat Komissiyasının sədri görkəmli Qazax yazıçısı akademik Sabit Dosanovdur. 2019-cu ildə mükafat şair Babulladan başqa Qazaxstan Yazıçılar Birliyinin sədri Uluqbek Esdoulete və Qırğızıstanın xalq şairi Mark Abay Aamatova da təqdim edilib

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.29.