"Qarabağlar və qarabağlarlılar"

 

Ötən həftə Zahid Rza, Cabir Hacıbəyli Binyamin Mənsimzadənin qələmə aldıqları "Qarabağlar qarabağlarlılar"  kitabının təqdimat mərasimi keçirilib. Mərasim vətən uğrunda həlak olan şəhidlərimizin xatirəsini yad etməklə başlayıb. Təqdimatda kitabın redaktoru ön söz müəllifi Aləm Kəngərli çıxış edərək 3 il müddətində yazılıb başa çatan kitabın məziyyətlərindən, orada yer alan tarixi faktlardan, qarabağlarlıların keçmişdən bugünə qədər gəldikləri şərəfli yolundan söhbət açıb. Qeyd olunub ki, müəlliflər çox qədim köklərə malik olan Qarabağların tarixi salnaməsi, o dövrdə baş verən olaylar o diyardan çıxan tanınmış insanlar barədə sanballı bir kitab ərsəyə gətirməyə nail ola biliblər.

Qarabağlar kəndinin yetirmələrindən texnika elmləri doktoru, Nyu-York Elmlər Akademiyasının Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü Əbülfəz Babayev, biologiya elmlər doktoru, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Eldar Novruzov, sənətşünüslıq elmləri doktoru, professor Sabirə Dünyamalıyeva b. çıxış edərək kitabın bugünkü gələcək əhəmiyyətindən, müəlliflərin önəmli bir işi yerinə yetirdiklərindən söz açıblar.Sonda müəlliflər çıxış edərək tədbiri təşkil edənlərə xoş sözlərə görə iştirakçılara öz dərin minnətdarlıqlarını bildirdilər.

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 fevral.- S.32.