Davam olacaq

 

Nə qədər bu dünya, zaman olacaq,

Heç vaxt sönməyəcək bu od, bu ocaq.

Atama ər-deyən-Anam olacaq,

Oğlumun, qızımın anası-yarım.

Siz rahat uyuyun ey ulularım,

Bu zəncir həmişə davam olacaq,

Bu diyar həmişə yuvam olacaq.

Sənə şükür olsun, ey ulu Tanrım.

 

Fikrət QOCA

 

Ədəbiyyat qəzeti.- 2019.- 16 fevral.- S.2.