Professor Vaqif Sultanlı Hindistanda

beynəlxalq seminarda iştirak edib

 

Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlı 2019-ci ilin fevral ayının 11-dən 13-dək Hindistanda keçirilənHindistan, İran Orta Asiyanın mədəniyyətlərarası mirası” (A Cross Cultural Heritage of India, Iran & Central Asia) adlanan beynəlxalq seminarda iştirak edib. Hindistanın Assam bölgəsində yerləşən Guvahati Universitetinin düzənlədiyi seminarda tarix, ədəbiyyatşünaslıq, dilçilik, folklor, mifologiya, fəlsəfə, kulturologiya, psixologiya elmləri üzrə bir sıra maraqlı məruzələr dinlənilib.

Almaniya, Böyük Britaniya, Norveç, Macarıstan, Rusiya, Koreya, Özbəkistan, Banqladeş, İran, Şri-Lanka başqa ölkələrdən 50-dək görkəmli elm xadiminin qatıldığı seminarda ölkəmizi təmsil edən professor Vaqif SultanlıAzərbaycan-Hindistan ədəbi-mədəni əlaqələrimövzusunda məruzə ilə çıxış edib.

Professor Vaqif Sultanlı həmçinin Guvahati Universitetinin İran departamenti yanında yeni yaradılmış Türkologiya bölümünün müəllim tələbə heyəti ilə görüşüb, Azərbaycan tarixi ədəbiyyatı ilə bağlı bir sıra kitabları universitetin kitabxanasına bağışlayıb.

 

Ədəbiyyat qəzeti.- 2019.- 23 fevral.- S.29.