Seçilmiş əsərlərin X cildi

 

Tanınmış şair Firuzə Məmmədlinin «Seçilmiş əsərləri»nin X cildi işıq üzü görüb. Kitabda şairin sonillərdə yazdığı şeirlərlə yanaşı, müxtəlif illərdə qələmə aldığı esseləri, onunla aparılan müsahibələr, miniatür hekayələri, sənət və sənətkarlar haqqındakı xatirələri, əsərlərə yazdığı rəylər, o cümlədən 1984-cü - 2016-cı illər arası apardığı elmi-tədqiqat işlərinin bir qismi yer alıb.

502 səhifədən ibarət olan bu kitab əvvəlki cildlərdə olduğu kimi, nəfis şəkildə «Elm və təhsil» nəşriyyatında çap olunub.

 

Ədəbiyyat qəzeti.- 2019.- 6 iyul.- S.32.