Yazıçılarımızın adı London mükafatı siyahısında

 

Azərbaycan yazıçıları Kamran Nəzirli Səriyyə Məmmədovanın adları Ədəbiyyat üzrə Beynəlxalq London mükafatına namizədlərin uzun siyahısına düşüb.

Bu barədə xəbəri Beynəlxalq Yazıçılar Təşkilatının Moskvadakı nümayəndəliyinin Mətbuat xidməti yayıb.

Xəbərdə qeyd edilir ki, 260 nəfərdən ibarət siyahıda yer alan Azərbaycan yazıçılarının seçilimiş əsərləri müsabiqə komissiyasının qərarı ilə uzun siyahıya daxil edilmişdir. Qərar dünyanın müxtəlif ölkələrindən olan müəlliflərin hər birinə "London Mükafatı yazıçını təqdim edirseriyası altında kitablarını nəşr etmək imkanı qazandırıb. Bütün kitablar nəşr olunandan sonra Beynəlxalq Yazıçılar Təşkilatının saytında onların anonsu veriləcək.

Kamran Nəzirli bildirib ki, mükafata namizədlər bir neçə nominasiya üzrə təqdim edilir: "Poeziya, qısa hekayələr, iri həcmli nəsr əsərləri, dramaturgiya, esseistika, tənqid, fantastika, ingiliscədən ruscaya, ruscadan ingiliscəyə tərcümə əsərləri jurnalistika. Yazıçımız qısa hekayələr niminasiyası üzrə təqdim edilib".

Xəbərdə daha sonra bildirilir ki, Beynəlxalq Yazıçılar Təşkilatının kollektivi Mükafatın uzun siyahısına düşən müəllifləri təbrik edir, onlara növbəti mərhələdə daha böyük uğurlar arzulayır.

 

Ədəbiyyat qəzeti.-2019.- 13 iyul.- S.22.