Vaqif Səmədoğlu medalı təqdim edilib

 

Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib.

Səməd Vuğunun  ev muzeyində təşkil olunan mərasimdə, şairin 80 illik yubiley ilə əlaqədar Vaqif Səmədoğlu irsinin qorunması və təbliğində xidmətləri olmuş bir sıra tədbir iştirakçıları “Vaqif Səmədoğlu medalı” ilə təltif olunublar. “Məzarıma nə başdaşı qoyun, nə heykəl. Bir cüt ayaqqabı qoyun, ayağı yalın geyib getsin” misrasının müəllifi olan Vaqif Səmədoğlunun məzarı ziyarət edilib. Şairin yaxınları, ailə üzvləri, oxucuları, sənət dostları Azərbaycan ədəbiyyatında və ictimai-siyasi həyatında özünəməxsus yeri olan Xalq Şairi Vaqif Səmədoğlunun həyat və yaradıcılığından söz açıblar.

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.15.