Rahid Uluselin kitabı

Rusiyada nəşr edilmişdir

 

Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin"Мерцаниеadlı aforizmlər kitabı Rusiyanın "Художественная литератураnəşriyyatında çapdan çıxmışdır. Kitabın redaktoru Fəxrəddin Hacıyevdir.

Fəlsəfə, estetika, kulturologiya, filologiya tənqidin aktual problemlərinə dair 24 kitabı nəşr edilmiş, humanitar elmlər üzrə keçirilən bir sıra beynəlxalq konqreslərdə Azərbaycanı təmsil etmiş Rahid Uluselin fəlsəfi yaradıcılığında mühüm yer tutan aforizmlər insanla dünyanı vəhdətə gətirən ən qırılmaz telləri daha da möhkəmləndirmək, həyatımızın məna bolluğunun dərinliyinə varmaq, hazır tapıntılardan daha çox axtarış düşüncəsini gücləndirmək enerjisini daşıyır. Kitabın əsas məqsədiyaşadığımız  tarixi zamanın yaradıcı ideya qaynaqlarını oyatmaqdan ibarətdir. O, çağdaş Azərbaycan müəlliflərindən bir filosofun xaricdə çap olunmuş ilk aforizmlər kitabıdır.

 

Ədəbiyyat qəzeti.- 2019.- 15 iyun.- S.32.