Neftçalada Qəşəm

Nəcəfzadə ilə görüş keçirildi.

 

Neftçalada 26 aprel 2019-cu il tarixdə Azərbaycanın tanınmış şairi, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin 60 illik yubileyinin işığında  oxucuları ilə görüşü keçirilib.

MAYAKİNFO xəbər verir ki, tədbirdən əvvəl Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev qonaqları qarşılayaraq səmimi söhbət etmişdir. Şairi yubileyi münasibətilə təbrik edərək ona yaradıcılığında uğurlar arzulamışdır.

Daha sonra Neftçala Rayon Mərkəzi Kitabxanasında  "Şairlər doğulur işıqlar kimi..." adlı şairin oxucuları ilə görüşü keçirilmişdir. Kitabxananın müdiri Gülnarə Qasımova şairi salamlayaraq onu təbrik etmiş və kollektivin hədiyyəsini şairə təqdim etmişdir. Görüşdə sevilən şairlərdən Faiq Balabəyli, Fərqanə Mehdiyeva, Nuranə Nur, Zabil Pərviz, Cəmaləddin Əjdəroğlu, Elnur Uğur, Zərxanım Ülvi, Bədirə Niftəliyeva, İmamverdi Zeynalov, Fərhad Əzizov və digərləri iştirak etmiş, şairə ürək sözlərini söyləmişlər. Tədbirdə iştirak edən rayon məktəbliləri şairin şeirlərini səsləndirmiş, onun əsərlərini daim oxuduqlarını qeyd etmişlər. Təbriklərdən sonra Neftçala Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vasif Əliyev şairə İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin hədiyyəsini təqdim etmişdir. Tədbirin sonunda şair görüşün təşkilatçılarına və oxucularına minnətdarlığını bildirmiş və onlarla xatirə şəkli çəkdirmişdir.

 

S. Əskərli

 

Ədəbiyyat qəzeti.- 2019.- 4 may.- S.32.