Yeni Müsavat”ın

yazıçılara qarşı səlib yürüşü

 

Yer tutsalar da köhnə qəzetləri saxlamağın faydası varmış. “2003-2005-ci illərin “Yeni Müsavat” nüsxələrinə baxdıqca gözlərinə inanmırsan. İndiki iqtidar, hazırda da başında olan məsul şəxslər barəsində ən çirkin yazıların altında 2019-cu ildə də bu qəzetdə gen-bol çap olunanların imzalarını görəndə mat qalırsan. İnsanın da bu qədər sifəti olar? Amma onu da düşünürsən ki, bu həmin adamların sifətləri deyil, üzlərinə taxdığı maskalardır. Simasız sifətlərə bir gün hiddət, etiraz maskası, başqa gün məddahlıq, yaltaqlıq maskası taxmaq çətin deyil. Əlimizin altında olan qəzetlərdən konkret adlar çəkmək istəmirik. Danos vermək bizim adətimiz deyil...

Yeni Müsavat” qəzetinin mövqeyi dəfələrlə dəyişsə də, bir məsələdə – yazıçılara qarşı səlib yürüşündə sabit qədəmdirlər. Yazıçılar Birliyinə pataloji, daha doğrusu, zooloji nifrətləri daimidir. Zooloji sözü təsadüfi deyil. Çünki yalnız şüursuz məxluq hədəf seçdiyini didib-parçalamağa hazırdır.

Şübhəsiz, “Yeni Müsavat” qəzetində peşəkar  jurnalistlər, Yazıçılar Birliyinə də, ayrı-ayrı yazıçılarımıza da namuslu münasibət bəsləyənlər az deyil. Amma...

Qəzet 16 may (2019) sayında Yazıçılar Birliyi haqqında çoxdan təkzib olunmuş yalanları bir daha təkrar edir. Binamızın üçüncü mərtəbəsində yerləşən və hər gün fəaliyyət göstərən Natavan klubunun da, dördüncü mərtəbədəki Məmməd Arif kitabxanasının da birinci mərtəbəyə “köçürənlərin” və “bağlayanların” iftiraları faktlarla ifşa olunsa da, qəzet yenə bu uydurmaları təkrar etməyi lazım bilir, bizim o vaxtkı cavablarımıza isə “yer tapmır”.

Yeni Müsavat”ın siyasi dişləri çıxarılandan sonra protezlə Yazıçılar Birliyini dişləməyə rüsxət verilibbu fürsət vaxtilə şairlik iddiasına düşən bir uğursuza həvalə olunub. Əgər bütün “yaradıcılıq fantaziyası” məşhur romanın adını və qəhrəmanlarını hallandırmaqdan uzağa getmirsə, belə bir qrafomandan öz üsulu və diliylə desək, “şair qayırmaq” çətindir. Odur ki, baş tutmamış “şairliyinin” qisasını bütün başqa əhli-qələmlərdən çıxır. Nədən yazır-yazsın,  hər sicilləməsində hökmən Yazıçlar Birliyi barədə səfeh bir atmaca atmalıdır. Bu gic-gic sözlərə əhəmiyyət vermirik və cavalandırmırıq. Amma elə yalanlar və təhqirlər var ki, onları cavabsız qoymaq belələrini qudurdar.

Qəzetin 17 may tarixli sayında yazı müəllifi icarədən alınan məbləğin xəstə, müalicəyə ehtiyacı olan, imkansız yazıçılara sərf olunmasını lağa qoyur. Belə yerdə deyirlər “acın toxdan nə xəbəri”.

Görünür, sifarişçilərinin və şotverənlərinin hesabına öz dolanışığını lazımınca təmin edib ki, belə harın-harın danışır. “25 xalq yazıçısı, 22 dənə (dənə!) də xalq şairi vardır” sözləri bir cızmaqaraçının Azərbaycan ədəbiyyatının iftixarı olan rəhmətə getmişyaşayan yazıçılara ədəbsizliyinin göstəriçisidir. Bu zatın Yazıçılar Birliyinə aidrepressiya, yalançılıq, yaltaqlıq” sözlərini işlətməsi yalnız onun özünə və özü kimilərə aid edilə bilər.

Yazıçılar Birliyinin birinci mərtəbəsindəki restorana gəldikdə, onlarla müqavilə bağlayarkən, müqavilədə nə restoranın menyusu, nə proqramı barədə maddə təbii ki, yox idi. Bakıda onlarla əyləncə mərkəzlərinin yalnız biri mediya mənsublarının diqqətini çəkirsə və orada həqiqətən erotik proqramlar nümayiş etdirilirsə, hökmən müqaviləyə xitam veriləcək ya da ora “hırıldayan adam”ın adı veriləcəkdir. Yazısında bir ifadə xüsusilə diqqətimizi çəkdi.

Yazır: “Dövlət bu dəqiqə meşədə şairlərə ev tikməklə məşğuldur. Çaqqalların əhatəsində yaradıcılıq evində yaxşı əsərlər yaratmaq olurmuş”.

Bu məsələdə haqlıdır. Çaqqalların əhatəsində də yaxşı əsərlər yaratmaq olar.

 

Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidməti

 

17 may 2019

 

Ədəbiyyat qəzeti.- 2019.- 18 may.- S.2.