Çəkib evin küncünə

ağlarsan təkliyini

 

birdən anlarsan ki

 

Yavaş-yavaş anlarsan,

anlarsan təkliyini.

Çəkib evin küncünə

ağlarsan təkliyini.

 

Hamıdan damla-damla,

gün-gün, il-il çıxarsan.

Heç yerinə dönməz,

Heç kim qayıdıb gəlməz -

yollarına baxarsan.

 

birdən anlarsan ki,

heç ... quruca adsan.

dəli gülmək tutar -

iki dayanacaq o yana

uçuruma uzadıbmış

qollarını

çatmadığın o qatar...

 

... birdən yaddaşını

dayanmış saat kimi

silkələyib oyatsan.

birdən görərsən ki,

daha hamıya yadsan.

 

Uzaq da qaçar səndən,

yaxın da qaçar səndən.

Dərmanlar ovuc-ovuc, -

yuxun da qaçar səndən.

 

Tutub güzgü önündə

danlarsan təkliyini.

Divarlar soyuduqca

anlarsan təkliyini.

 

sevib sarılmağa,

qulunc sındırmağa -

o bədbəxt yığışıb

gedər gedər-gəlməzə,

sənsə şam yandırmağa...

 

Qapımı , soyuqdu

 

əlimdə daş-kəsək,

hürən o itlər var.

arx boyunca keçən

sınıq-salxaq qatarlar.

Yenə bir səs-səmir yox,

yenə sakitçilikdi.

Üstündən illər keçən

ömrüm çilik-çilikdi.

 

Qapım-bacam bağlıdı,

köhnə divar yerində.

Bəlkə çıxıb gələsən

batan günün birində?..

Heç kim düşmür yadıma, -

axı, yenə niyə sən?!

Qapımı , soyuqdu -

qəlbim sınıb deyəsən...

 

Ümid

 

Pəncərənin üzündə

don vurub alın yazısın.

Uzaqlarda qar örtübdü

ömrün cavanlıq yarısın.

 

Baxışlarının altından

saçlarınla külək silir

qar üstündə sərçələrin

vergülünü, nöqtəsini.

 

...Səsə dönürsən,

qapıdan

ömrü boyu ürəyini

açmadığın adam baxır:

- Ordan o açarları ver,

işə gecikirəm axı...

 

Gülüşüm qaldı şəhərdə

 

Bəxtim çəkdi, ya...

hər nəysə,

ilişib qaldım şəhərdə.

Bircə ömrü dörd divarla

bölüşüb qaldım şəhərdə.

 

Hər bərkin, boşun sınadım,

sındı cavanlıq inadım,

ütüldü min yol qanadım, -

alışıb qaldım şəhərdə.

 

Ölüncən mənim bildiyim,

ölümə qənim bildiyim,

kənddən götürüb gəldiyim

gülüşüm qaldı şəhərdə...

                           

 

Birdən...

 

Birdən heç olmur,

heç olmur birdən,

heç sərçə balası da...

 

Birdən heç kim dəli olmur,

heç kim ölmür birdən,

kəpənək, vicdan...

 

Birdən atmır özünü adam,

qalxıb beşdən, ondan atılır

ölümün sıfır nöqtəsinə...

 

Birdən başlamır

hamı birnən bitir.

Birdən-birə

göynən getdiyi yerdə

Yernən bitir...

 

Töküldü ömrün günləri

 

Əlimə baxma, qaraçı,

əlimdə nəyə baxırsan?

Dəyişmək sənlik deyilsə,

falıma niyə baxırsan?..

 

Allah qismətimdən qabaq

boyumdan kəsib, bilirəm.

Dörd il qabaq itirdiyim

Anam da yuxuma gəlmir -

getmirəm...

küsüb,

bilirəm!

 

Töküldü ömrün günləri,

baxdım...

Bəxtim...

güzgü bilir,

daraq bilir,

mən bilirəm.

Suda kimin şəkli qalıb -

bulaq bilir, mən bilirəm.

 

O ağacın gövdəsinə

kimin adını yazmışdım? -

Yarpaq bilər, mən bilərəm.

Tapşırın məni torpağa -

torpaq bilər, mən bilərəm...

Əlimə baxma qaraçı...

 

Şər vaxtı

 

Mənimçün hər şey bitib,

mənimçün heç yoxdu.

İnanmırsan?!

And içim:

canımçün, heç yoxdu.

 

Ömrün çat yerlərində

mamırlı xatirələr.

Üstünü örtüb yatır

abırlı xatirələr.

 

Qan qaynadan heç yox,

heç düşmür yadıma.

Hayıf uçduğum göyə,

açdığım qanadıma.

 

Əzrailin gülləsi

heçdən dəyər ovçuna.

Bir gun torpaq əl açar,

sonuncu qazancımtək

atılaram ovcuna.

 

Nağıldı nağıl

 

Bir gün bu dənizə qoşulub getsəm,

Bir gün çəkib məni aparsa dəniz,

Cəhənnəm,

lap belə ətdən dırnağtək,

Yaxından, uzaqdan qoparsa dəniz...

 

Gedərəm,

dost-qardaş ipimi kəsib

Atdığı quyudan dönmərəm bir .

ağ-qara qoça, o ata,

ki Qırata minmərəm bir .

 

Gedib özümə dost bir div taparam,

Ordakı o divnən bir dil taparam.

Saçından asılan o qızdan bəlkə

Hələ ağarmayan saçları qalıb.

Hələ divin canı o şüşə qabda,

O qabın dibində,

divin cibində

Qırxıncı otağın açarı qalıb...

 

Qaranquşlar köçdü, qayıtdı

 

Çoxu məni çıxartmışdı yadından,

Mən ağlına hardan düşdüm, qaranquş?!

Hardan bildin gözüm üstdə yerin var,

Qapım üstdə yuvasını quran quş!

 

Batıb gedir hamı eyni axında,

Yuvamızı qoruyan da, yıxan da.

Mən görəni necə gördün yuxunda,

Yuvasından məndən qabaq duran quş?!

 

Sənə tay yox - bir kitab, bir din,

Daşa sarı bilə-bilə gəlirdin?

Olacağı hardan belə bilirdin,

Dünyamızın bir tərəfi viran quş?

 

Yolsuzluğa hansı yoldan başladıq,

Niyə səni daşa tutub daşladıq?!

Nişan alıb düz sinəni tuşladıq,

Heç bilmədik ağrıyacaq haran quş.

 

Günümüz yox -

çərşənbə, cümə,

Dən deyil ki, sözdü verdim, incimə.

Yum gözünü, keçim dərdin küncünə,

Ay qolumu, qanadımı qıran quş.

 

...Düş yuvandan günümüzə, düş ağla,

Mən bir deyim,

quş dilində beş ağla.

Barış getsin o daş atan uşaqla,

Hər necədi Allahıynan aran, quş?!

 

Mənim yaram sağalmaqdan keçibdi,

Sən sağal e, qoy sağalsın yaran, quş.

Hər keçənə açılmaz ki hər ürək,

Hər qapıda yuva qurmaz qaranquş!..

 

R.Rövşənə

 

Ürəyimə sıxdıqlarım

uzağa atdılar məni.

Tələdən çıxartdıqlarım

tuzağa atdılar məni.

 

Dedilər qol-budağın var,

hamıya inanmağın var,

hərdən yaxşı yanmağin var...

Ocağa atdılar məni.

 

Gördülər odda yanmıram,

gördülər suda batmıram.

Əzizləyib həb yerinə

oyunda uddular məni...

 

***

Ağaclar küləyin saçını yolur,

Çırpır sinəsini daşlara dəniz.

Mənim ğözlərimlə Bakı ağlayır,

İstanbul ağlayır -

Sən ağlamırsan...

 

Yaşamaq gözəlmiş, ölmək var ikən,

 

Ölürəm xəzəlin qar sevincinə.

Əriyir gözümdə buz tutan yollar,

Yol çəkən gözümüz açılmır yenə.

 

Çıxan gün boğulur, doğan Ay batır,

Açan gül ağlayır, sən ağlamırsan.

Mənim qucağımda boynunu burub

Haçan gül ağlayır - sən ağlamırsan.

 

Bakının qucağı qarsız da soyuq,

İstanbul ağlayır çölün düzündə.

Sən gülüb çəkdiyin şəkil oğlana,

Bir heykəl ağlayır əli dizində.

 

Hamıya gün yazdın, mənə çatanda,

Dərdimə gülürsən, gün ağlamırsan.

Sağımda, solumda hamı ağlayır,

Gözlərin dolsa da, sən ağlamırsan!..

 

Sabir Yusifoğlu

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.18.