Ölən dalğalar

 

Dəliliyin nəğməsidir gözlərindəki kədər...

 

Yaşam qığılcımlarından,

 

yaşam çoxluğundan keçərək,

 

Dəli olurinsanbir gün - kimlərsə təcridxanalarda,

 

Kimlərsə qapalı bir otaqda,

 

intihar qapılarında,

 

kimlərsə  elə bu cür - yellənən kresloda

 

gözlərini sönmüş köz kimi  divarlara dikərək...

 

 həyat elə budur.

 

İçinə çökən ümidsizlik 

 

                        torpağa bulaşmış  kitab səhifəsidir.

 

Nələrə inandınnələri sevdinonda...

 

Uçan qar parçalarını sevən uşaqlar kimi...

 

İnamlardan keçdin,

 

Ümidlərdən keçdin,

 

Adamlara tutundun  qadınlardan keçdin,

 

Sonluq qarlı nağılların bitməsitək kədərli oldu...

 

 sonda hər şey qurudu.

 

Sonda dəli olurhər kəs...

 

Hər kəs fərqli şəkildə...

 

Yaşamda saxlayıbbədənimi

 

ruhumu sovururammən

 

səhra qumu rəngində ümidsizliyin rənginə,

 

Badam dənəsi kimi quruyan - boz olan hisslərə...

 

İtən sevgiləritən ümidlər

 

Burulğan kimi gəlib

 

yox olan eşqlər

 

 sönən bütün günəşlər

 

naminə məhv oluram...

 

 

 

İtən axınlar

 

Boz rəngli yağış sularının axması,

 

Onların axdığı yerlər,

 

Bir  gecənin içində maşınların şütüməsi...

 

Onların gedişindən gələn səs...

 

Soyuq havalarda ağzımızdan qaçan buxarlar...

 

Nələrinsə yaşanılıbəbədiyyən bitməsi deməkdir.

 

Onlar qıvrılantütün rəngiylə yoğrulan ağrılar idi...

 

Yemiş sarılığında

 

qızıl kimi parlaq bir eşq

 

 bir qadın

 

salxım saçlarla

 

cənnət yarpaqları rəngində - yaşıl köynəklə...

 

Sevilibvə itirilib.

 

Nələrsə yaşanılıb - kimsə ağlını,

 

                        şüurunuruhunu itirib onun üçün.

 

İndi

 

Uzaqlardan gələn qüssə - gedişlərdən gələn səsdir.

 

Dəftərlərin qoxusu

 

çevrilən səhifələrin

 

qələmlərin duruşu barmaqsız qalan əllərin qüssəsidir -

 

mən bilirəm kiyaşamışammən bilirəm kisevmişəm...

 

Amma itirəcəyimə inanmırdım -

 

qırıldıüzüm salxımları...

 

Gedəcəyinə inanmırdımheç kimin.

 

Yemiş sarılığında xoşbəxt olduğum anların

 

axan boz yağış sularına qarışacağına inanmırdım...

 

Amma indi maşınlar şütüyür.

 

Amma indi səslərin içində,

 

soyuqların itiliyində

 

sevdiyim qadın

 

ölmüş anların qüssəsini bəxş edirmənə.

 

Puçluğun quyusunda xoşbəxt mənzərələr görürəm

 

Ölmüş ailə üzvünü lentyazıda

 

                        izləmək kimi - aylardumduru sular,

 

sönməyən günəş görürəm...

 

Amma bitib.

 

Amma maşınlar şütüyür,

 

Amma günəş sönür,

 

İnana bilmədiyim hər şey artıq başıma gəlib...

 

 

Dönüklük

 

Hərflərin duruşu belə sabitdir,

 

Niyə belə dəyişməz  durğunduradlar.

 

Kəlmələr niyə belə mütləqdir,

 

Boz karton üstündə yazılıbbir zavod adı

 

Dəyişmirdayanıbyerində.

 

Niyə dəyişmir?

 

Yaşadığımız dünya bu qədər həyasız  ağrılı olsabelə.

 

Niyə həyəcan duyduğunu,

 

Niyə ürəyinin zəncirlər kimi gərginliklə titrədiyini

 

Ruhunu nanə rəngində qüssənin gizildətdiyini

 

soruşurlarutanmadan...

 

Bu adlarbu kəlmələrbu hərflərbu sözlər...

 

Yerlərində dik duraraq,

 

Sadiq qalaraq,

 

quruluşlarına...

 

Amma mən dözmürəm...

 

Susaraq, tab gətirmirəmhəyasızlığına bu dünyanın

 

Sakit qala bilmirəmbu adların,

 

                        bu kəlmələrinbu adamların qarşısında,

 

Ağrıyıramüzülürəm,

 

uğunuram...

 

Nifrət edirəmsəssiz duruşuna

 

bu həyatda hər şeyin.

 

Sanki hər şey yaxşıymış kimi.

 

Əgər bir gün partlasa ürəyim,

 

həyasız dünyada duyduğum ən böyük qürur olacaqbu...

 

 

 

Ağrılar

 

Yarpaqlarının yarısı saralmış gənc ağac

 

 kəsici külək,

 

Qışın qoxusu.

 

Çöldəki  ürəyimizdəki qışın

 

Sanki qıpqırmızı bir gilas uzaqlarda üşüyür,

 

fəza içində təkliyə düşür -

 

xoşbəxtlikdir, o...

 

Üzülürinsan...

 

Gözlərim şüşəsi düşmüş köhnə qapıya sataşır,

 

Uğunuram...

 

Nələri itirdiyimi

 

İtirdiklərimin ağırlığını

 

Köksümdə duyuram

 

 görmək istəmirəmbir daha tapdığım heç nəyi...

 

Hansı kiindi ömür anlarında

 

taxta əşyalar kimi faydasızca yığılıb, onlar...

 

Və damarlar donub...

 

Qırmızı ağrılar soyuğun içində can tapıb, batır, qəlbinə.

 

Qırılan hər şeyin soyuqluğu yığılır, günün boşluğuna...

 

Hər şey bitib,

 

Ağrılar başlayır...

 

 

Əlibala Əhmədov

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S .3.