Fəlsəfi sayıqlamalar...

 

 

Aqnostik şeir

 

Şiller, Fixte, Spinoza

 

Günəş, Ay buludlar.

 

Harda qaldın Feyerbax?

 

Görünmürsən neçə vaxt...

 

İn Yan fəlsəfəsi,

 

Brahman axtarır onu.

 

Suallar yada düşür,

 

Yoxdu bu yolun sonu.

 

 

 

Süd yolunda azıbdı,

 

Neçə sufi orbiti

 

Perelmana güvənir,

 

Cavab ondadı qəti.

 

Edam öncəsi nahar,

 

Xaç suyu şərab var.

 

Qəzali fikirlidi,

 

Bəhmənyarda ümid var.

 

Şumerlərin izləri,

 

Dəclə-Fərat düzündə

 

Ləpir kimi qalıbdı

 

Kutilərin üzündə.

 

 

 

Asketik şeir

 

Çarvaka,

 

Lokayata,

 

Afina,

 

Troya atı...

 

Bütün ölümləri fəlsəfə,

 

Bütün həyatı sentimental

 

Yarpaq boyda ümidləri

 

Bulud yorğunluğu ilə

 

Aparır -

 

Adamlar, adamlar, adamlar...

 

Sonra

 

Sonra

 

Payızda yağışı,

 

Qışda qarı

 

Yazda gülü,

 

Yayda Günəşi

 

Aparır -

 

Adamlar, adamlar, adamlar...

 

 

Zaman haqqındabir neçə söz

 

Deist şeir

 

Göy üzünə pərdə çəkir

 

İlk başlanğıc qüvvəsi.

 

Təkan verir qübbələrə

 

Külli aləmin səsi.

 

Torpaq, su od üçün

 

Zaman uyğun yer seçir.

 

Vulkan püskürür birdən

 

Çaylar dağlardan keçir.

 

Sonra ilk məzar daşı

 

Yas saxlayır ilk insan.

 

Beləcə bu dünyada

 

Başlayır sonsuz zaman...

 

 

 

Meduza olmaq üçün yaşamaq

 

Praqmatik şeir

 

Sakit okeanda, fırtına öncəsi

 

Kalimantan adasında

 

Bir rahibə ağlayır

 

Gecə göy üzünə baxıb...

 

Heç kim bilmir olacaq...

 

Limandakı balıqçıların arzuları

 

Tora ilişib qalıb.

 

Bir qarmaq atan da yox

 

Taleyin boğazına...

 

Quşlar uçur yağan yağışlar

 

Səhranın çat dodaqlarını isladır.

 

Sonra Günəş yenə hamilə qalır

 

Çölün düzündə...

 

Bir kaktus boyda ümid var

 

Hər gün içimi didir.

 

Bir sual var cavabı yox,

 

Beləliklə

 

Ömür meduza kimi

 

Asta-asta,

 

Gülə-gülə,

 

Sonuna doğru gedir...

 

 

 

Madaqaskar adasında qətl

 

İdealist şeir

 

İblis, iblis yenə iblis...

 

Kor qoyma gözlərimi

 

Apar ömrümdən

 

Bütün qaranlıqları...

 

Gəl, sağlıq deyək

 

Ölümə...

 

İçək göz yaşlarını

 

Balıqların...

 

Darıxanda bilirik

 

Zamanın qədrini...

 

Elə ki yoruluruq

 

Uzanır əllərimiz

 

Arzuların ətəyinə...

 

Arzular da abırlıdı

 

Ətəyi uzun,

 

Üzü bağlı,

 

Hardan tanıdın məni?

 

O küçədənmi,

 

Bu ağacdanmı,

 

Həmin daxmadanmı?!

 

 

 

Kainatın sirrini bilən adam

 

Kinetik şeir

 

Dahi rus riyaziyyatçısı Qriqori Perelmana

 

Bütün qaranlıqlarda işıq,

 

Bütün yoxluqlarda var olan.

 

Allahın özünü görmədən

 

Yerini deyən adam...

 

Puankare, Aristotel Platon

 

Səni görsə edərdi?

 

Bəlkə dəhşətə gəlib

 

Ölərdilər həmin an?

 

Uzun, qısa zamanda

 

Səyahətin sehirli.

 

1,2,3,4 sonsuzluq

 

Əhatə edir səni...

 

Bəlkə özün deyilsən?

 

Bəlkə yad planetlisən?

 

Bəlkə Marsdan gəlmisən?

 

Ya da Yupiterlisən?

 

Volqa çayı tökülür,

 

Elə şövqlə Xəzərə.

 

Perelman qonaq gələ

 

Üzə burda bir kərə...

 

 

 

Nədir dərman, nədir əlac?

 

Lemokratik şeir

 

Əzcaçı işləyən, ədəbiyyat adamı Səbuhi Mehdiyevə

 

İlk xəstəlik olub?!

 

İlk əlacı kim edib?!

 

Bəlkə dünya tarixində

 

Biləsən, kim ölmədən

 

Yaşamağı öyrənib?!

 

 

 

Ömür bir ayrı ağrı,

 

Ölüm bir ayrı ağrı...

 

Varmı gözdən yayınan,

 

Ürəkdə baş qaldıran

 

Sirli bir kainatı

 

Açıb bizə göstərən,

 

Ağrıların əvvəlini

 

Sonunda bildiyimiz...

 

Bir səsləyiş, bir çağrı

 

Hamının unutduğu,

 

Heç kimin xatırlamadığı

 

"Söz" adlı bir ağrı...

 

Kimdir o göy üzünə,

 

Buludları pambıq bilib

 

Dağları bayraq kimi

 

Yerin köksünə sancan?!

 

Söylə, hansı dərmandı

 

Ümidləri oyadan

 

Yaşamağa sövq edən,

 

Arzuları oyadan?!

 

Bilsən,

 

Bir əlac kimi,

 

Saxlayarsan  bizlərə

 

Bir də ümidsizlərə...

 

 

Tural CƏFƏRLİ

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 5.