Xalq yazıçısı Elçinin seçilmiş hekayələri nəşr olunub

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin seçilmiş hekayələrindən  ibarət “Qırx Beş (seçilmiş hekayələr)”  adlı kitab işıq üzü görüb.

Geniş oxucu auditoriyasına ünvanlanan hər bir hekayədə dünənin və bugünün gerçəklikləri, ailə və məişət qayğıları işıqlandırılır. Yeni mövzuları, gözlənilməz süjet kompozisiyaları ilə fərqlənən, insan obrazları ilə zəngin olan bu hekayələrdə Elçin yaradıcılığının özünəməxsusluğu qabarıq şəkildə görünməkdədir. Kitabda toplanan hekayələr bu günə qədər dünyanın bir çox dillərinə tərcümə olunub, onların əsasında filmlər çəkilib və tamaşalar hazırlanıb.

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 7.