Xalq
yazıçısı Çingiz Abdullayevin serb
dilində nəşr edilmiş kitabının Belqrad
Universitetində təqdimatı keçirilib
Serbiyanın
aparıcı elm-təhsil ocaqlarından biri olan Belqrad
Universitetində fəaliyyət göstərən Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzində Azərbaycanın
Xalq yazıçısı Çingiz Abdullayevin 60 illik
yubileyi münasibətilə onun
yaradıcılığına həsr olunan simpozium və serb
dilinə tərcümə olunaraq nəşr edilmiş
“İngilis bulvarı” kitabının təqdimat mərasimi
keçirilib.
Tədbirdə Çingiz Abdullayevin
yaradıcılığı haqqında
danışılıb, belə tədbirlərin Azərbaycan
və Serbiya arasında mədəniyyət sahəsində əlaqələrin
daha da möhkəmlənməsinə öz töhfəsini
verəcəyi bildirilib.
Çingiz Abdullayevin də iştirak etdiyi tədbirdə
onun ədəbiyyat və mədəniyyət sahəsində
xüsusi xidmətləri qeyd olunub, əsərlərinin
böyük maraq doğurduğu vurğulanıb.
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 23.