Azadlıq

 

 

Dan yeri sökülürdü

 

əllərinlə,

 

Səni əllərindən tanıdım -

 

barmaqlarından qan tökülürdü...

 

Səni güllərindən tanıdım:

 

güllərin güllələnmişdi.

 

Səni tarlandan tanıdım:

 

fidan-fidan əkilmiş şəhid tərlanlarından.

 

 

 

Səni eyvanlardan tanıdım -

 

bayraqlar asılmış

 

titrək barmaqlıqlı eyvanlarından.

 

Səni ağappaq rəngindən tanıdım,

 

göyərçin-göyərçin

 

boş qalan qəfəsindən tanıdım,

 

bir də qanadının səsindən.

 

 

 

Səni dilimə düşən odundan tanıdım,

 

70 il çəkmədiyimiz adından...

 

Səni nəğməndən tanıdım -

 

öz dilimdəki nəğməndən,

 

hər şeyə rəğmən tanıdım səni...

 

 

 

Səni gözündən tanıdım:

 

qartal baxışından,

 

dəliqanlı halından,

 

geniş alnından,

 

bir zamanlar səni deyən dolu  odlu meydanından.

 

Səni özümdən tanıdım -

 

təkrar-təkrar yaşamaq

 

istədiyim gəncliyimdən -

 

özümdən...

 

 

 

Səni şəhidlər gətirdi,

 

anaların örpəyi -

 

yüz ildir ürəyimdə gəzdirdiyim,

 

dodaqlarımın and yeri

 

üçrəngli Bayrağım gətirdi.

 

 

 

Mən səninlə böyüdüm,

 

məni sən böyütdün,

 

qazandım səni,

 

sənsən andım -

 

Azadlıq!

 

 

 

Qadağa

 

İşığın yoxluğudur

 

hər görünməz qaranlıq,

 

deyirəm kiqapılma

 

qaranlığa bir anlıq!

 

 

 

Çəkilərsən içinə,

 

boğularsan dərində,

 

qalarsan ürəyinin

 

ən çıxılmaz yerində.

 

 

 

Bir nəfəs üfürərsən

 

dünyanın kor üzünə...

 

bu korluğakarlığa

 

qorxarsan yoluxmaqdan,

 

biryolluq yox olmaqdan.

 

Boynu bükülü qalma

 

yorunca boğazını,

 

bir ipə keçirərsən

 

boğazından arzunu,

 

asarsan bir ağacdan,

 

Ağac Adam gətirər.

 

 

 

qadağan olunmuş

 

ağacdan düşər Həvva,

 

düşər öz budağından

 

Yerdə yetişər Həvva,

 

ağac cənnətdə qalar.

 

 

 

Şəkliboyu-buxunu,

 

ismi keçməz heç yerdə...

 

kökü cənnətdə qalar

 

onu görməz heç Yer !

 

 

 

Bir az da düşünərsən: -

 

Burdan keçirmiş yolum!?

 

Dilini şirin eylə,

 

dünya zəhərdiBalım!

 

 

 

Xiromantiya

 

Dərin-dərin cızıqdırcızıq var yazıq-yuzuqdur,

 

Əllərimin içinə yazılan alın yazım.

 

Bir yerində aydındıbir yerində pozuqdu,

 

Bir az nazikbir az da sətiri qalın yazım.

 

 

 

Hər cığırı ayrıca yaşamışamgörmüşəm,

 

Hər cığırdan boy verən diriliyi dərmişəm...

 

Heç özüm  bilmədən iki yerə bölmüşəm:

 

Bir üzü qızbir üzü hələ  gəlin yazım.

 

 

 

Hər sətrin üzərində ayrılığın nəğməsi,

 

Neçə dona giribdir notun yanıqlı səsi,

 

Elə bil daralıbdı nəğmələrin nəfəsi,

 

Ümidi kökələndə gözləri dolan yazım!

 

 

 

 əlimi kəsmədim  ki notlarını,

 

Yaddaşıma köçürdüm ovcumun xətlərini.

 

Yenə əlindən tutdum düşən ümidlərimin,

 

Yenə  öz əlimdə-ovcumda qalan yazım.

 

 

 

Dişiylə-dırnağıyla barmaqlarım hücumda,

 

Şeytan yuva qurmasın dırnaqların ucunda.

 

Açsam soyuq əlimdəyumsam isti ovcumda

 

Ömrümə başıbağlıayağı yalın yazım...

 

 

 

Günküçə  adam

 

Bir yağış tutdu bizi

 

günün günorta çağı.

 

Bir günbir küçə  bir adam

 

islanırdı yağışda.

 

 

 

Tutdum yağışın ucundan çətir oldum -

 

bir günbir küçə  bir adamı

 

sətir-sətir qorumaq üçün.

 

 

 

küçə ona aid olmayan binalarda bitdi...

 

 

 

gün -

 

ona aid olan bu yağışdan

 

yaxasını qurtarmaq ümidiylə

 

keçdi o küçədən

 

növbəti günə...

 

 

 

adamı bir fikir tutdu

 

qolları bağlı

 

bu gündənbu küçədən keçən zaman.

 

adam ürəyini açdı yağışa:

 

islandıüşüdü,

 

qollarını açdı küçəyə,

 

qucaqladı,

 

 qədər fikir daşıdı...

 

adamın saçlarındakı ağlar

 

mələklərin qanadlarından düşmüşdü...

 

 Mən də buraxdım yağışın ucunu

 

endim Yerə.

 

 

Həyat ŞƏMİ

Ədəbiyyat qəzeti.- 2019.- 23 noyabr. S. 9.