Hali-Vətən

 

Ucundadır dilimin

həqiqətin böyüyü;

Nə qoydular deyəyim,

kəsdilər dilimi!

 

Bilirmisən cühəla

etdilər vətənə?

qoydular uyuya,

qoydular oyana!..

 

Durur bilahərəkət,

Rəvamı bir diriyə?

getmədə irəli,

dönmədə geriyə!..

 

Ədu qırar qapıyı,

Biz evdə bixəbəriz,

başqa başqalarız,

ittihad edəriz!..

 

Ayıltmadı qələmim

Şu türk ilə əcəmi,

qoydular yazayım,

qırdılar qələmi!..

 

1904

Bakı

 

Yurd qayğusu

 

Ucundadır dilimin,

Həqiqətin əzəmi.

qoydular söyləyim,

kəsdilər dilimi!..

 

Bilirmisin cahillər

etdilər vatana?

qoydular uyusun,

qoydular oyana!..

 

Böylə dumaq uyuşuq,

Rəvamı bir diriyə?!

getmədə iləri,

dönmədə geriyə.

 

Düşmən qırar qapuyu,

Biz içərdə qayğusuz.

evləri ayırır,

bir evli oluruz!..

 

Ayıltmadı qələmim.

Şu türk ilə əcəmi.

qoydular yazayım,

qırdılar qələmi!..

 

1912

 

İstanbul

 

Əli bəy Hüseynzadə

 

Ədəbiyyat qəzeti.- 2019.- 12 yanvar.- S. 3.