Mükəmməl qılınc

 

Seorak dağında yaşlı bir ustadın sözü:

 

- Qınından çəkilən qılınc qılınc deyil, bıçaqdır.

 

Heç bir qılınc köhnəlmiş qınını qoruyan

 

qılıncdan yaxşı deyil.

 

Kəskin tiyəsini dünyaya sallayan qılıncın

 

ruhu pas tutur, nəticədə qara qanlı

 

bir dəmir parçasıdır olsa-olsa.

 

Hələ köhnəlmiş qınında saxlanılan qılınc

 

insanın və dünyanın qəlbini

 

hərəkətə gətirməyə,

 

hətta ən böyük dağın

 

göz yaşını tökməyə qadir gücə malikdir.

 

Qılınc həyatı söndürmək üçün deyil,

 

dünyada qətllərin, qarışıqlığın

 

qarşısını almaq üçün mövcud.

 

Tələsdinmi kəskinliyi insanlara zərər verər.

 

Yalnız bunu dərk edən şəxs, həqiqətən,

 

onu sıyırmadan necə istifadə edəcəyini bilir.

 

Ona ehtiyac yoxdur. Çünki tələskənlik

 

göstərməsə bir həyat yaşayır demək.

 

Köhnə ustadın kəskin qılınc axtaranlara

 

demək istədiyi budur:

 

Dünyanın yolunu deyil,

 

əla bir qılınc yolu seçin.

 

 

Yağış damcıları

 

Bir taxta rahibin zəng səsi

 

Bir səhər əsintisi boyunca inlər.

 

 

İnsanlar

 

dağların mürəkkəbəbənzər

 

qara kölgəsini silər.

 

 

Yağmur damlaları nağara kimi vurur

 

boyunlarını qırır bağçadakı ağacların.

 

 

Vaxtından əvvəl ölmüş şair

 

bir ildırım çubuğunun ucuna

 

bir ildırım çubuğu taxmış, sanki.

 

Donq Ho ÇOİ

Ədəbiyyat qəzeti.- 2020.- 8 fevral. S. 23.