Saçları səməni oğlanadlı nağıl kitabı nəşr olunub

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA Rəyasət Heyəti aparatının Elm təhsil idarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün yazdığıSaçları səməni oğlannağıl kitabı işıq üzü görüb.

 

Xalqımızın qədim bayramlarından olan Novruza həsr edilmiş kitabın redaktoru Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Uşaq ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmləri doktoru Elnarə Akimova, rəssamı isə müəllifin özüdür.

 

Yeni nəşr Azərbaycan uşaq ədəbiyyatının inkişaf etdirilməsi, xalqımızın adət-ənənələrinin təbliği uşaqların mənəvi-estetik tərbiyəsi baxımından böyük əhəmiyyətə malikdir.

 

Qeyd edək  ki, V.Haqverdiyev dəfələrlə respublikamızda keçirilmiş müxtəlif nağıl, eləcə analitik yazı müsabiqələrinin qalibi olub.

 

Ədəbiyyat qəzeti.- 2020.- 29 fevral.- S.32.