aybKitabdaan “Ölməzliyə gedən yol”

 

aybKitab layihəsi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Tamaşa Xəyalinin “Ölməzliyə gedən yol” kitabı işıq üzü görüb. Müəllifin 1988-ci ildə qələmə aldığı poema, Ağdamın Mahrızlı kəndində dünyaya göz açmış, 1987-ci ildə Gürcüstanda hərbi xidmətdəykən təbii fəlakət nəticəsində Rioni çayının daşması zamanı 28 nəfərin həyatını xilas edərək qəhrəmancasına həlak olmuş Rahib Məmmədovun həyatından bəhs edir. Əsər həmin illərdə Ağdam Dram Teatrında tamaşaya qoyulub. Mütərcim nəşriyyatında çap edilən kitabın bədii və texniki redaktoru Abdulla Ələkbərov, kompüter tərtibatçısı Mələk Şimşək, korrektoru Ülkər Rəhimova, dizayneri Cavid Kişiyevdir. Layihənin rəhbəri Xəyal Rzadır.

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.18.