Aran ədəbi mühiti bir ocaq altında

 

Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə bu günlərdə nəfis tərtibatla işıq üzü görən "Bir ocaq başında Aran ədəbi toplusu”nda Birliyin Aran bölməsinn əhatə etdiyi İmişli, Saatlı, Beləsuvar və Sabirabad rayonlarında yazıb – yaradan şair və yazıçıların – Səyyad Aran, Qəşəm Nəcəfzadə, Sərvaz Hüseynoğlu,Nisəbəyim, Dayandur Sevgin, Şəhriyar Del Gerani, Səxavət Tağlar, Valeh Bahaduroğlu, Allahşükür Ağa, Şöhrət Qaraoğlu və Nübarın əsərlərindən ibarət seçmələr yer alıb. Toplunun tərtibçisi və ön sözün müəllifi Sərvaz Hüseynoğlu, redaktoru Gülayə, məsləhətçiləri Vilayət Muradlı, Səxavət Tağlar, və Valeh Bahaduroğludur.

 

Ədəbiyyat qəzeti.- 2020.- 18 iyul.- S.21.