Elçinin hekayələri

 

İngilis yazıçısı Herbert Ernest Bates 1942-ci ildən çap etdirdiyi mövzusu dünya hekayəçiliyi olan "Modern qısa hekayə" adlı kitabında amerikan hekayəçiliyindən yola çıxaraq Çexovla Mopassanı müqayisə edir. Amerika qitəsində Poedan Kraneyə uzanan qısa hekayə janrını çox bəsit bir qəzet xəbəri olaraq dəyərləndirən Bates, çağdaş hekayəçiliyin dayanaq nöqtəsi kimi Çexov və Mopassanı göstərir:

 

"1850-ci ildə dünyaya gələn Mopassanondan on il sonra doğulan Çexov çağdaş hekayəçiliyin təməlini qoydular".

 

Batesə görə, Çexovla Mopassan bir-brindən tamamən ayrı dünyaların insanları idilər. Amma ikisininortaq nöqtəsi kənddən çıxmaqları idi. İkisi də kəndli tipinin alçaldılmasını ustaca təsvir etmişlər. İkisinin də təbiəti və insanı çox bəsit şəkildə təsvir etdiyini deyən yazıçı onların təsvirlərində gerçək bir təbiətin olduğundan bəhs edir:

 

"Qovaq ağaclarının ötəsində yoldan təpələrədək açıq-sarı bir xalı kimi uzanan buğda tarlaları vardı".

 

Yazıçı H.Bates iki məşhur hekayəçinin özlərinə xas fərqli mədəniyyət daşıyıcıları olduqlarını və yaşadıqları çağı, insanı, insanların xarakterini çox dərinləməsinə bildiklərini yazmaqdadır.

 

Elçinin Almaniyada "Epubli" və "Pen" nəşriyyatlarında çap olunan iki hekayə kitabını oxuduğumda ağlıma H.E.Batesin yazdıqları gəldi. Elçin, ÇexovMopassan kimi kəndlə kökənli bir yazıçı deyildir. Amma o da öz insanını hekayələrində istər kəndli, istər şəhərli kimi çox gözəl müşahidə etmişaid olduğu mədəniyyətin işarətlərini hekayələrinin içinə ustaca yerləşdirmişdir. Səkkiz hekayənin yer aldığı "Missiya" adlı kitabdakı hekayələrdə təsvir olunan insanlarya talelər istər keçmişdən, istərsə günümüzdən olan Azərbaycanın insanıdır. Onlar xasiyyətləri, içlərindəki ümid və sevgiləriylə dünyanın başqa tərəfində yaşayan insanlardan həm fərqlidirlər, həm də təməl insani duyğuların daşıyıcısı kimi eynidirlər. Məsələn, "Missiya"da yer alan ilk hekayə "Nadir İbadlının son xəstəsi" hekayəsi qısadır, amma oxunduğunda eynilə yazıçı Batesin ifadə etdiyi şəkildə insanın ağzını güməşdirən bir dad buraxmaqdadır. O dad acəya bulanmış eşqdən başqa bir şey deyildir. Nadir İbadlı gənclik eşqi Əminə və ikisinin əlindən bir qırmızı alma vasitəsilə zaman ötəsinə axan sevgi hekayəni beynəlmiləl bir mövzuya çevirməkdədir. Qırmızı almanın yükləndiyi vəzifə təbiətlə insanın münasibəti qədər dərindir. Əminənin öldüyü gün atası Mərdan şofer təbiətdən acısını çıxartmaq istər:

 

"Mərdan şofer eyni gün pərli-budaqlı gülbahar alma ağacını baltayla dibindən kəsdi".

 

Ölümlə həyatın bitmədiyi kimi, gülbahar alma ağacının kökündən kəsilməsi də eşqi bitirməz. Nadir İbadlı nə o qırmızı almanı, nə də Əminəni unutmaz. Nadir İbadlı paraliçdən ölən Əminə üçün oxuyub beyin cərrahı olar. Bir gün yenə qırmızı almanın iziylə Safçay qəsəbəsinə geri dönər və Əminəgilin evinin qabağından keçərkən yenə o qırmızı alma ağacını görər. Dibindən kəsilmiş ağacın fidanı böyümüş, Nadir İbadlıya yenidən Əminəni gətirmişdir.

 

Eşq, ümid, həyatın və təbiətin məhsuldarlığı, insan taleyinin eniş-çıxışları bu qısacıq hekayədə ömür dediyimiz bir zaman dilimini çox ustaca təsvir etməkdədir.

 

Elçinin ikinci hekayə kitabı "Sarı gəlin"də isə "Sarı gəlin", "Qızıl dişlər" və "Qırmızı qərənfillər" adlı üç hekayəsində də yenə öz xalqından və zamanından örnəklər təqdim edərkən keçmişlə gələcək arasında bir mühasibə etməyi ihmal etməz. İnsanların talihlerine hakim olan sistemlər dəyişdikcə insanın acıları fərqli şəkillərdə davam edər. Bəzən o acıları "özə dönüşlə" dindirmək də mümkün olur. "Sarı gəlin" kitabındakı "Qızıl dişlər" hekayəsi Azərbaycan cəmiyyətinin son qırx ilinin təhlili kimidir. Əliqulu və Müseyib həm Sovet dönəminin, həm də günümüzün   insanlarıdır. Əliqulu filosof təbiətlidir və yoxsuldur. Müseyib isə həm həkim, həm də partiya katibidir. Cibində daşıdığı kiçik "Quran"la partiya iclaslarını idarə etməkdədir. Yıxılışı ilə dünyanı sarsan Sovet İttifaqı yıxılar, o biri ölkələr dəyişdiyi kimi, Azərbaycan da dəyişər, amma Əliqulu ilə Müseyib heç dəyişməzlər. Əliqulu yoxsulfilosof təbiəti ilə bu dəfə kapitalizmə qarşı çıxmazkən, Müseyib sosialist sistemindən istifadə etdiyi kimi, kapitalizmdən də eləcə istifadə edər və var-hal içində yaşamağından qalmaz. Əslində, bu iki insan bir-birini tanımaqdadırlar, amma zamana hakim olan fərqli süni sinif tanışlığı pərdələyər.

 

Müseyiblə Əliqulu Azadlıq meydanında və ya bulvarda sağa-sola baxdığınızda görə biləcəyiniz insanlardır. Yəni içimizdəndirlər. Bəlkə də bizim özümüz Əliqulu və ya Müseyibik. Amma nə Əliquludakı əhlikefliyi, tənbəlliyi, nə də Müseyibdəki çoxbilmişliyi özümüzə yaraşdırmarıq. Amma gerçək bu ki, içimizdə və ya aramızda Əliqulular, Müseyiblər vardır.

 

Hekayələrdəki qısa cümlələr, rəngli üslub və hər an oxuyucunu ardınca sürükləyən bir axıcılıq vardır. Xüsusilə, insan portretinin təsvir olunduğu hekayələrdə insanların iki sistem arasındakı dönüşümü, dəyişimi çox ustaca ifadə olunmuşdur. Elçinin hekayələrində obrazlar çox sağlamdır və oxuyucu tərəfindən əsla unudulmamaqdadır. Qısa bir hekayə içərisində zamanı, məkanı və olayları təsvir etmək ancaq usta bir yazıçının işidir. Elçin usta bir qələm sahibindən başqa, həm də çox professional müşahidəçidir.

 

Elçinin bu hekayə kitablarından əvvəl də "Baş", "Mahmud və Məryəm", " dəvə" kimi romanları almanca çap edilmişdir. Yaxınlarda isə eyni nəşriyyat evində bu dəfə "Böyüklərə müasir nağıllar" kitabı işıq üzü görəcək.

 

Orxan Aras

Ədəbiyyat qəzeti.- 2020.- 9 may. S. 17.