Milli Kitabxana “Həsən Seyidbəyli – 100” adlı

elektron məlumat bazasını istifadəçilərə təqdim edib

 

Dekabrda Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor və ssenarist, Xalq artisti Həsən Mehdi oğlu Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Həsən Seyidbəyli – 100” adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan  bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənəd”, “Nasir”, “Ssenarist və kinorejissor”, “Görkəmli şəxslər Həsən Seyidbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya və Videoqalereya” bölmələrindən ibarətdir.

Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə parlaq səhifələr yazıb. Həsən Seyidbəyli yaradıcılığı sevilərək minlərlə insanların diqqətini cəlb etmişdir.

Elektron məlumat bazasında görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, çəkdiyi filmlər, fotolar, videolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunub. Elektron məlumat bazasındakı resurslar tam mətnləri ilə verilib.

 

Ədəbiyyat qəzeti.- 2020.- 7 noyabr.- S.32.