Qarabağı verdin bizə,

Sevindi elim, Payızım!

 

Dəmir yumruq

 

Azərbaycan Respublikasının

Prezidenti, Ali Baş Komandan, xalqımızın qəhrəman oğlu

İlham Əliyevə ithaf edirəm

 

"Dəmir yumruq" - bu gözəl söz

El-obanın dilindədir.

Dəmir yumruq dəmir kimi

Bir kişinin əlindədir.

 

Dəmir yumruq beş barmaqdı,

Amma böyük bir ölkədi.

Cəsarətdi, şücaətdi.

tərəddüd, nə"bəlkə"di.

 

O anlatdı kimin təpə,

Kimlərin dağ olduğunu.

Kimin nacins olduğunu,

Kimlərin haqq olduğunu.

 

Hamı gördü həqiqəti,

O ədalət timsalıdı!

Düşmənlərin təpəsində

Bir fəlakət timsalıdı!

 

O anlatdı yer üzünə,

Məğlub nədi, zəfər nədi.

O adi bir yumruq deyil,

Nağıldakı möcüzədi.

 

Dəmir kimi, polad kimi

Birləşdirdi insanları.

İlin payız günlərinə,

O qaytardı ilk baharı.

 

Dəmir yumruq möcüzədi,

Sağdan vurdu, soldan keçdi.

Düşmən kəsdi qabağını

Dağdan vurdu, yaldan keçdi.

 

Yorulmadı, usanmadı,

Heç dərmədi nəfəsini.

Dəmir yumruq gedib tutdu

Qarabağın zirvəsini.

 

O yandırdı Qarabağda

Elin sönmüş çırağını.

Yağmalanmış torpağıma

Taxdı zəfər bayrağını.

 

Haqqı nahaqq etmişdilər.

O qaldırdı haqq səsini.

Onun polad iradəsi

Titrətdi Yer kürəsini.

 

Dəmir yumruq, ömrüm boyu

Sənə nəğmə deyəcəyəm!

O qüdrətli barmaqlara

Qızıl əlcək hörəcəyəm!

 

Bayrağım

 

Üç çiçəkdən yaranmış

Bir çələngdi, bayrağım.

Tünd-qırmızı, yaşıl, göy

Rəngbərəngdi bayrağım.

 

Adi göy qurşağıdı,

Üç işıqdı bayrağım.

Bu torpağa, bu yurda

Yaraşıqdı bayrağım.

 

Heç vaxt nuru tükənməz

Üç çıraqdı bayrağım.

Qaranlığın üzünə

Şapalaqdı bayrağım.

 

Sən ona diqqət elə

Keçən zaman yanından.

Qırmızı rəngi alıb

İgidlərin qanından.

 

Onu bütün dünyada

Qırmızı rəng tanıdır.

Azadlıqçün çarpışan

Babamın vicdanıdır.

 

Yaşıl rəngi təmizlik,

Ləyaqət timsalıdır.

"İslamçılıq" deyirlər

Ədalət timsalıdır.

 

Mavi rəng türkçülükdür.

Türk, yəni basılmaz ər.

Bu ad ilə məşhurdu,

Dünyada çox zəfərlər.

 

Hər bayram günlərində

Qaldırın bayraqları.

Dünyaya şölə saçsın

Qəlbimin işıqları.

 

Yayılsın bu dünyaya

Vətənimin haqq səsi.

Yer üzünü bürüsün

Gur işıq şəlaləsi.

 

Azərbaycan əsgəri

 

Ey Qorqud babamızın,

İgid Bamsı Beyrəyi!

Bu torpağın, bu xalqın,

Daim vuran ürəyi.

 

Vətən dara düşəndə

Şərəf bildin səngəri.

Düşmənə qənim oldun,

Azərbaycan əsgəri.

 

Xalqın xeyir-duası

Qüvvət oldu qolunda.

Əzdin o nankorları

Haqq, ədalət yolunda.

 

Döyüş meydanlarında

Möhkəm dedin sözünü.

Qarabağ torpağının

Sən ağartdın üzünü.

 

Cənab İlham Əliyev

Buraxmadı bir anı.

Mahir komandan kimi

Heyran etdi dünyanı.

 

Geydi döyüş paltarın

Sıyrıldı qılınc kimi.

Qoymadı Qarabağı

Qalsın bir qaxınc kimi.

 

qədər ki, dünyada

Hələ var ağlı azlar.

Özgə torpaqlarına

Göz dikən yaramazlar.

 

qədər ki, hələ

Acı dadır həqiqət.

Demək ki, burnumuzun

Ucundadır fəlakət.

 

qədər ki, dünyada

Hökm edəcək yalanlar.

Xəzinələr üstündə

Yatacaqdı ilanlar.

 

Yekə-yekə məmurlar

Qızaracaq, yanacaq.

Bir qarın yemək üçün

Ədaləti danacaq.

 

Hələ sənin yerin

Səngərlər olacaqdı!

Hələ çox-çox zəfərlər

Arxada qalacaqdı!

 

Təki dünya durulsun.

Başa vur döyüşləri.

Allah həmdəmin olsun

Azərbaycan əsgəri!

  

Ey nəhəng türk

 

Dünya çoxdan tük salır

Türkün nərə səsindən.

Qorxur türk dünyasının

Bir gün birləşməsindən.

 

Heyif ki, yuxudadı

Millətimin çoxusu.

Güzəranı zəhərdi.

Bal kimidi yuxusu.

 

Şirin-şirin dəm alır,

Dəm uyuyur qardaşım.

Moldovada qaqauz

Çində uyqur qardaşım.

 

Qafqazın şimalında

qədər türk yaşayır.

Bir cöngəni tək yeyən

Cəngavər türk yaşayır.

 

Bu şirin yuxuları

Hansı dərdə yozaq, türk?

Qırğız, tatar, başqurd - türk,

Özbək, türkmən, qazax - türk.

 

Ey nəhəng Türk millətim,

Bu qədər səbir nədi?

Yatmısan, başın Çində,

Ayağın Sibirdədi.

Üstümüzə qədər.

Şər, böhtanlar deyilir?

Bu boyda bir millətin

Haqqı necə yeyilir?!

 

Sanki böyük bir dağı

Balaca çay aparır.

Pələngin qabağından

Siçanlar pay aparır.

 

Bir yumruq kimi birləş,

Udaq hər cür cəngi biz.

O zaman adlanarıq

"Nəhəng Türk Pələngi" biz.

 

Baxın Azərbaycana,

Kükrəyir bir nər kimi.

Tək qovur düşmənini.

İgid kimi, ər kimi.

 

Adını türk qoyan kəs,

Onun səsinə səs ver!

İgid Ərdoğan kimi

Ona ruh ver, həvəs ver.

 

Haqqın yanında oldu

Haqq aşiqi Ərdoğan!

Bütün Yer kürəsinin

Yaraşığı, Ərdoğan!

 

Sən dara düşəndə

Mən duraram dalında.

Qoymaram tək qalasan,

Aşırımda, dalanda.

 

Ey nəhəng türk Pələngi,

- Ayağa dur, - deyirəm.

Ədalət toxmağını

Bir yerə vur, - deyirəm.

 

Dünyanı çaşdırıblar.

Dərələri, dağ bilir.

Haqsıza haqlı deyib

Haqlını nahaqq bilir.

 

Sən ulusan, müdriksən,

Dədə Qorqud nəslisən.

Bütün Yer kürəsinin

Ədalət nəfəsisən.

 

Qalx ayağa, səsini

Qat həqiqət səsinə.

Haqqın olduğunu

Göstər Yer kürəsinə!

 

Şuşa

 

Nəğmə mətni

 

Bu şəhərin

Adı Şuşa.

Dağ başında

Adi Şüşə.

 

Bir Leyləkdi,

Qonub Şişə

Ona görə

Olub Şuşa.

 

Dan yeridi

Yanaqları.

Bulaqları -

Dodaqları.

Çöllərində

Xarıbülbül.

Yarı çiçək,

Yarı bülbül.

 

Burum-burum

Dolayları.

Xatırladır

Olayları.

 

Qarqar çayı

Hey çağlayır.

Gah sevinir

Gah ağlayır.

 

Bu gün nurdu

Onun suyu.

Qayıdıbdı

Adı, soyu.

 

Çöl , el

Bayram edir.

Quş da, gül

Bayram edir.

 

Meşə tökür

Yarpağını.

Təbrik edir

Torpağını.

 

Gözün aydın,

Şuşam mənim!

Cənnət kimi

Guşəm mənim.

 

Bu, bir körpə

Nəğməsidi.

Bildirçinin

Şən səsidi.

 

Payızım

 

Baxıram sarı dənizə -

Yarpaqlar çıxıbdı dizə.

Qarabağı verdin bizə,

Sevindi elim, Payızım!

 

Düşmən hələ atəş açır,

Arxaya baxmayıb qaçır.

Yamaclar təzdən gül açır

Güllənir çölüm, Payızım!

 

Göydən yerə nur ələnir.

Çöllər yenə cilvələnir.

Dağ kişnəyir, dərə dinir.

Kükrəyir selim, Payızım!

 

Dərədə böyürtkan dəyib,

Budağını yerə əyib.

Çöldə moruq çiçəkləyib,

Ağzımda dilim, Payızım!

 

Açılıbdı qara baxdım,

Pərvazlandım - hara baxdım,

Bu payız bahara baxdım,

Sevindi gülüm, Payızım!

 

Gec qayıdıb, tez qayıdıb,

Bir vəfalı qız qayıdıb!

Saz qayıdıb, söz qayıdıb,

Danışsın dilim, Payızım!

 

Zahid XƏLİL

 

Ədəbiyyat qəzeti.- 2020.- 21 noyabr.- S.11.