Qəzan mübarək  

 

Əgər gedirsənsə haqq savaşına,

Qəzan mübarəkdir, qəzan mübarək!

Bu halal kəlməni sətir başına

Yazan, mübarəkdir, qəzan mübarək!

 

Sən ki, qan tökmürsən, qanı alırsan,

Əlindən gedib, onu alırsan,

Sən Salur oğlusan, Banu alırsan,

Qazan, mübarəkdir, qəzan mübarək!

 

Namus savaşıdır sənin savaşın,

Başında tay-tuşun, dostun, yoldaşın,

Yağıdan aldığın torpağın, daşın,

fəzan mübarəkdir, qəzan mübarək!

 

Qarabağ itməyib, bizdən getməyib,

Biz ordan getmişik, fürsət ötməyib.

Sən oxu, mənim sözüm bitməyib,

Ozan, mübarəkdir, qəzan mübarək!

 

Yadından çıxmasın çoxdan verdiyin,

Artıq torpağın yox, yoxdan verdiyin,

Nahaq düşməninə haqdan verdiyin,

cəzan mübarəkdir, qəzan mübarək!

 

Canında qalsa da lap yarı canın,

Qazitək dönməyə vardır inamın,

Əgər şəhid olsan, şəhidlik qanın,

əzan mübarəkdir, qəzan mübarək!

 

Oğul doğulmayıb döşəkdə ölə,

Bayraq tikilməyib tutasan yelə.

Deyirdim arxam var, igid, sən elə

osan, mübarəkdir, qəzan mübarək!

Qəzan mübarəkdir, qəzan mübarək!

 

Əjdər OL

 

Ədəbiyyat qəzeti.- 2020.- 3 oktyabr.- S.21.