Ədəbiyyat İnstitutunun "Uşaq ədəbiyyatı"

şöbəsindən Xanımana Əlibəylinin həyat və

yaradıcılığına həsr olunmuş ilk kitab

 

   Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuUşaq ədəbiyyatında Xanımana Əlibəyli imzası” kitabını çap etdirib. Kitab Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 3 iyul 2020-ci il 3 saylı qərarı ilə yayımlanıb. Kollektiv əməyin nəticəsi olan kitabSənətkarın elmi pasportuseriyasından işıq üzü görən səkkizinci nəşrdir. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin ön sözü ilə çap olunub.

   Kitabın rəyçisi AMEA-nın müxbir üzvü Tehran Mustafayevdir. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Elnarə Akimova, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.

  148 səhifəlik kitabElm və təhsilnəşriyyatında çap olunub. Kitabda tanınmış uşaq şairi Xanımana Əlibəylinin həyat və yaradıcılığından bəhs edilir.

 

Ədəbiyyat qəzeti.- 2020.- 24 oktyabr.- S.7.