Əziz Musanın “Sevgi dastanı”

 

Tanınmış şair Əziz Musanın “Sevgi dastanı” adlı yeni şeirlər kitabı işıq üzü görüb. Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri, müxtəlif mövzularda qələmə alınan poemalar daxil edilib. Kitab oxucularla müəllifin sayca 35-ci görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, poeziya həvəskarları tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Ümumilikdə isə, zəngin bədii yaradıcılığı ilə oxucuların qəlbinı yol tapan şair Əziz Musanın şeirləri “Ədəbiyyat qəzeti”, “Ədəbiyyat naminə”, “Kaspi”, “Olaylar”, “Ədalət” qəzetlərində, “Azərbaycan”, “Ulduz” jurnallarında, mədəniyyət və ədəbiyyatyönümlü saytlarda dəfələrdə dərc olunub. 2018-ci ildə Qardaş Türkiyə Cümhuriyyətində işıq üzü görən “Şairlerin Seçkisi” adlı şeir antologiyasının X, XI hissələrində və İraq İslam Respublikasında fəaliyyət göstərən “Türkmen yazarı” aylıq şeir dərgisində şeirləri yayınlanıb.

Yeni nəşrin redaktoru Sərvaz Hüseynoğlu, məsləhətçisi Adil Cəmil, rəyçisi professor Ziyadxan Həbibbəylidir.

 

Ədəbiyyat qəzeti.- 2020.- 5 sentyabr.- S.32.