Ankarada III Muzey, Şeir, Musiqi tədbiri

 

Martın 24-də Ankarada III Sanatın kültürün kardeşliği müze, şiir, müzik tədbiri keçirilb. Türkdilli ölkələrdən şair yazarların qatıldığı tədbirdə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, şair-jurnalist Xəyal Rza təmsil edib. Bu il üçüncüsü təşkil edilən tədbir İLESAM-ın (Türkiyə Elm Ədəbiyyat Əsəri Sahiblərinin Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət Turizm Nazirliyinin təşkilati dəstəyilə gerçəkləşib. Tədbir Ankaranın ən qədim muzeylərindən birində - Anadolu Mədəniyyətlər Muzeyində təşkil edilib. Gecədə iki şeir Qara gözələ elegiya Evsiz qapı şeirlərini səsləndirən Xəyal Rza Azərbaycanın Qarabağ zəfərindən, erməni vəhşiliyi nəticəsində dağıdılmış mədəniyyət ocaqlarından, muzeylərdən söz açıb, dünyada dördüncü, SSR- birinci olan Azıx mağarası, dünyada iki muzeydən biri olan Çörək Muzeyindən, Şuşada dahi Üzeyir Hacıbəylinin, Bülbülün ev muzeylərindən danışıb. Xəyal Rza bir gün belə tədbirlərin həmin muzeylərdə keçirilməsini arzulayıb.

Tədbir Türk Sənət Musiqisi ifaçılarının xor qrupunun çıxışıyla yekunlaşıb.

 

AYB.az

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.27.