“The world smells love”

 

Mütərcim nəşriyyatında Xəyal Rzanın yeni kitabı çapdan çıxıb. Kitabda şairin ingilis dilinə tərcümə edilmiş 23 şeiri yer alıb. Kitab yazıçı, tərcüməçi Kamran NəzirlininÇağdaş Azərbaycan şeiri ingilis dilindəlayihəsi çərçivəsində işıq üzü görüb. Kamran Nəzirli layihə haqqında danışarkənməqəsdimiz Azərbaycan ədəbiyyatının çağdaş poeziyasının istedadlı nümayəndələrini ingilisdilli oxucularla tanış etməkdir” – deyə bildirib. Kitabda müəllifin sevgi şeirlərilə yanaşı Qarabağa, eyni zamanda erməni canilərinin yaşayış evlərini atəşə tutması nəticəsində dünyasını dəyişmiş iki yaşlı Zəhraya aid şeirləri yer alıb. Tərcüməçi oxuculara bu barədə haşiyə hissəsində ətraflı məlumat verib.

Qeyd edək ki, “The world smells love” Xəyal Rzanın 7-ci kitabıdır.

 

Ədəbiyyat qəzeti.- 2021.- 10 aprel.- S.27.