Mark Tven - Gülüş kralı

 

Dünya ədəbiyyatı: görünən və görünməyən klassiklər

 

"Klassik kitab ona deyilir ki, onu hamı tərifləyir və heç kim oxumur". Bu incə yumor da ona məxsusdur - məşhur Tom Soyerin atası, "gülüş kralı" Amerika ədəbiyyatı tarixində hələ sağlığında "milli dəyər" adlandırılan Mark Tvenə. Qəzetlər onu hələ sağlığında iki dəfə "öldürmüşdülər" ölümünə (21 aprel 1910-cu il) bir neçə il qalmış böyük yazıçı sarsıntılar içindəydi: sevimli arvadını - Oliviyanı üç qızını itirmişdi, biznesindən məhrum olmuşdu... bir yandan da mətbuat onu səhvən "öldürürdü". Qəzetlərdən biri səhifəsinə belə bir başlıq da qoymuşdu: "Mark Tven öldü". O isə hətta belə ağır sarsıntılı vəziyyətdə belə zarafat etməyi unutmur, yumorundan əl çəkmirdi, öz katibinə demişdi: "Bir-iki il keçsin, mən özüm özümü öldürəcəm". yaxud Londondan qəzet redaksiyasına belə bir cavab yazır: "Siz mənim ölümümü həddən artıq şişirtmisiniz!".

Mark Tven xoşbəxt taleli yazıçıydı; o, hələ sağlığında kütləvi oxucu rəğbəti qazanmış, ədəbiyyatşünas alimlərin geniş elmi marağına səbəb olmuşdu. Onun yaradıcılığının bir çox sahələri dərindən öyrənilib. İngilisdilli alimlər onun Amerika yumoru tarixindəki rolunu yerini araşdırmış, onun ideya janr baxımından çoxnövlü çoxçalarlı məziyyətlərini elmi əsaslarla sübut etmişlər. Lakin təəssüf ki, Azərbaycanda hələ bu nəhəng yazıçı ədəbiyyatşünaslıq baxımından öyrənilməmiş, külliyyatı lazımi səviyyədə tərcümə olunmayıb.

Yazıçının yaradıcılıq laboratoriyası o qədər geniş, o qədər çoxşaxəlidir ki, ölümündən yüz ildən çox keçsə , yenə araşdırılmamış sahələri tərəfləri qalır. Onun yumor, tənqid satira hədəflərinin dəqiq ölçüləri çərçivələri hələ mübahisələr doğurur. Yazıçının gülüşü yumoru harda başlayır, harda qurtarır? Onun əsərlərindəki gülüşdə tənqidi, yaxud satirik meyillər mövcuddurmu? Mövcuddursa, hansı xarakterik xüsusiyyətləri özündə cəmləşdirir? Bu ya digər suallar hələ açıq qalır, yaxud mübahisələr doğurur. Buna görə Mark Tveni anlamaq, onun əsərlərini dərindən analiz eləmək hər tədqiqatçıya nəsib olmur. Sual olunur: məgər Amerikanın "gülüş kralı"nın yaradıcılıq üslubu bu qədərmi mürəkkəbdir? Məsələ bundadır ki, Mark Tven bəlkə çox nadir Amerika yazıçılarındandır ki, onun dili sadə, canlı səmimidir, folklorun xalqın içindən gələn şirin duzlu dildir. O, bilavasitə gördüyü, duyduğu, müşahidə etdiyi yaşadığı həyat hadisələrini qələmə alarkən, hətta Missisipi çayının cənub sahillərindəki əyalətlərin şivə dialektlərindən məharətlə istifadə etmiş, sadə təmiz ingilis dilində anlada bilmişdir. Onun dünya şöhrəti qazanmasının bir səbəbi məhz bundadır.

"Gülüş kralı" öz ədəbi karyerasına da məhz yumorla başlamışdı, daha doğrusu, yerli nağılçıların söylədikləri anekdotları kobud zarafatları, əyalət müxbirlərinin "qara yumoru"nu öz bədii idrak təfəkküründə süzgəcdən keçirib, onları ədəbi ədəbli formaya sala bilmişdi. Həyat materialları da onun bədii idrakının başlıca mənbəyi olmuşdu. Mark Tven öz ədəbi nüfuzunu təkcə humanizmi, hüquq bərabərliyini təqdir etməklə yox, həm ictimai naqislikləri eybəcərlikləri (təkəbbür, qəddarlıq, despotizm, yaltaqlıq, rüşvətxorluq, sosial ədalətsizlik, nadanlıq, cəhalət, mövhumat, dini fanatizm s.) tənqid ifşa edərək qazanmışdı. Heç nədən komizm yumor yaratmaq istedadı verilmişdi yazıçıya, onda yaramazlığı yalanı, saxtakarlığı gülüş hədəfinə çevirib qəhqəhəli sarkazm yaratmaq bacarığı vardı. Bəs yazıçı bunlar arasında (gülüş, yumor, satira, sarkazm) əlaqəni necə bölüşdürüb yarada bilirdi? Onun "acı həqiqətləri"nin mənfi ideoloji doqmalarla, yaxud yumor formasıyla sıx bağlılığı mövcud idimi? Təəssüf ki, indiyədək böyük yazıçının incə yumorunun "mexanizmi"nin nədən ibarət olmasına dəqiq cavablar yoxdur. Bəzi ədəbiyyatşünaslar bunu formal üsulların məcmusu adlandıraraq spesifik mövzularla şərtlənmədiyini qeyd etmişlər. Bizim qənaətimizə görə, belə dəyərləndirmə Mark Tvenə yumor maskası geyinmiş moizəçi yaxud təbliğatçı damğası vurmuş olardı. Digər tərəfdən, Mark Tven skeptik kinayəçi, lağlağaçı, ya da zarafatçı təsəvvürü yaradardı ki, bu da demək olardı ki, o, əlinə keçən hər cür materialdan komizm "emal" edib... s.

Lakin bizə elə gəlir ki, Mark Tven ədəbi dəyər normalara sadiq müəlliflərdən olub, yumora köməkçi vasitə kimi baxmayıb. Bunu dəqiq anlamaq üçün biz onun yaşadığı tarixi şəraitə o zamankı, yəni XIX əsrin ikinci yarısında yaşamış olan amerikalıların həyat tərzinə nəzər salmalıyıq.

Amerikalılar köhnəliyə yeniliyə Qoca Avropadakı kimi münasibət bəsləmirdilər. Mark Tven isə bu fərqin üstündən xətt çəkdi, bir məşhur aforizmində yazırdı: İngilis bir işi ona görə edir ki, o bu işi əvvəllər görürdü, amerikalı isə həmin işi əvvəllər görmürdü.

Göründüyü kimi, gənc Amerika millətinin gözündə keçmiş ingilislərin əsrlər boyu ehtiramla yanaşdığı "ehtiram müqəddəs irs" deyil. Bu fonda amerikalılar özlərini öncül hesab edir, hər şeyin təzəsini "kəşf edən" millət kimi hiss edirdilər. Onlar heç vaxt kimlərisə ənənələrinin davamçıları yaxud varisləri hesab etməyiblər. Onlar ənənələrə özül kimi baxmırdılar, əksinə, hesab edirdilər ki, əsrlərlə yaradılmış təşəkkül tapmış tarixi ənənələr təkamül üçün maneədir.

Romaya Florensiyaya səyahəti zamanı gənc amerikalı Yanki Mikelancelonun sitayişinə məhz bu nöqteyi-nəzərlə baxır: "Dünən mən heyrətdən, fərəh sevincdən, fövqəladə dincliyimdən aşıb-daşdım: öyrəndim ki, Mikelancelo sağ deyil" (yazıçının "Sadəlövh adamlar xaricdə" hekayəsi). Yankiyə avropalı klassikə qarşı nostalji münasibət yaddır: "Yaxşı ki, bütün köhnə sənətkarlar ölüblər, bir şey təəssüf doğurur ki, bu hadisə niyə əvvəl baş verməyib" ("İncəsənət Akademiyası"). Kübar ailələrdə (Mark Tvenin sevimli hədəflərindən biri!) mühafizəkarlıq yazıçını həddən artıq qıcıqlandırırdı, onların əcdadlara söykənmək adətindən zəhləsi gedirdi. Başqa sözlə, amerikalı hesab edir ki, qədimilik heç bir halda ehtirama layiq deyil, o, yalnız qıcıq gətirir. Əksinə, amerikalı turistlər qədim mumiyaları göstərməklə təəssürat yaradacağını güman edən bələdçiyə narazılıq edirlər.

"Bizə hansısa cındır ölülərin mumiyalarını soxuşdurursunuz?! ...əgər sizdə yaxşı təzə ölü varsa, onu da sürüyüb gətirin bura!". ("Sadəlövh adamlar xaricdə").

Bununla yanaşı, o dövrdə formalaşan millətə tarixi keçmiş də lazım idi, bu şərtlə ki, o keçmiş yalnız özlərinə məxsus olsun. Öz müdrikləri, peyğəmbərləri, mütərəqqi fikirli adamları olsun ki, onları əxlaq və mənəviyyat örnəyi hesab etsinlər. Onlar "İncil"in personajlarına yox, öz milli dəyərlərinə sitayiş etmək istəyirdilər. Bu baxımdan ilk köçkünləri və yaxud dövlətin əsasını qoyanları övliyalar kimi daimi qanuniləşdirmək cəhdləri də təbii görünür. Mark Tven isə hesab edirdi ki, bu tendensiya zərərlidir, belələrinə gülür, lağ edirdi. O, hesab edirdi ki, əxlaqda da cəmiyyətin tələbatına uyğun olaraq islahatlar aparmaq lazımdır. Əxlaq dəyərlərini köhnəliyin dibinə salıb konservləşdirmək olmaz!

Mark Tven ənənəni əsl amerikalı kimi skeptik dəyərləndirsə də, müasirlikdən qorxmurdu. Elmi tərəqqini, elmi axtarışları həvəslə müdafiə edirdi. Yeri gəlmişkən, yazıçı özü ilk dəfə olaraq çap maşınının yarımeksperimental nümunəsini yaratmışdı, bir neçə texniki cihaz, hərəkətli qapılı şkaf, yapışqanlı albom və s. ixtira etmişdi.

Mark Tvenin aşıb-daşan enerjisini onun güclü intellekti tənzimləyirdi; yazıçının iti zəkası etibarlı analitik tənqid və obyektivlik mexanizmiydi. Onun hekayələri arasında lətifəçilik tarixçələri də yer alıb. Burada qəhrəmanlar öz məişətlərini düzəltməyə çalışırlar, öz rahatlıqlarının qeydinə qalır, onları daha yüksək səviyyədə görmək istəyirlər. Nəticədə sadəcə situasiyaları qarışdırır və problemlərini artırırlar. Adi soyuqdəymənin müalicəsi, saatın təmiri, velosiped sürməyi öyrənmək, dəlləyə getmək, Mak Vilyamslar ailəsi, siqnalizasiya, ildırım və şimşəyin çaxması, ağ filin oğurlanması, turist agentinin uğursuz iş təcrübəsi və s. məsələlərdən bəhs edən tarixçələrdə dərin və incə yumorla yanaşı, analitik zəka, bədii keyfiyyət və forma, güclü məntiq var. Bu tarixçələrdə əsas qəhrəmanlar problemlərlə üzləşirlər, çıxış nöqtəsini tapa bilmirlər, əksinə, onu dərinləşdirir, ağırlaşdırırlar; halbuki problemi çox asanlıqla həll etmək olardı. Əslində, hekayələrdə yazıçı uğursuzluqları və problemləri müxtəlif amerikan xarakterləri arasında bölüşdürə-bölüşdürə izah edir; bütün bunları yazıçı böyük qardaşı Orionun timsalında öz gözləriylə görmüşdü. Markın əsərlərində kədər daşıyıcıları uzunmüddətli planlaşdırma qabiliyyətinə malik deyillər; onlar çoxgedişli sxemlər qura bilmirlər, lakin hər dəfə cari situasiyanın dəyişməsinə qızğın cavab verirlər, yeni işləri həll etməyə girişirlər. Onların reaktivliyi nəzərəçarpacaq dərəcədə intellektual qabiliyyətlərini üstələyir, ideya, fikir hərəkəti üstələyə bilmir.

Yazıçının fikrincə, amerikalıların islahatçılıq ehtirası hardasa uşağın ehtirasına bənzəyir, möcüzəyə arxaik inamla yaşayır, uşaq da arzuyla reallığı qarışdırır". Xırda yeniliklərə "dini mahiyyət" verərək Mark Tven fəaliyyətin irrasional və affektiv aspektlərini qeyd edir, bunu isə o dövrün islahatçıları elə özləri praqmatik hesab edirdilər.

Mark Tven hər zaman mənəvi təkamül məsələsində ehtiyatlı olub, 1890-cı illərdə bəşəriyyətin taleyinə görə kədərlə təəssüflənən yazıçının əvvəlki optimist mövqeyinin laxladığını hesab etmək olmaz. O, "pis" "yaxşı" oğlan haqqında hekayələrində artıq göstərirdi ki, insan təbiətinin sürətlə avtomatik yaxşılaşması ideyası səhvdir. İnsan təbiətinin çalarlarını, gözləntilərini, ehtiraslarını, nəfsini, onun iddia arzuları ilə gerçəklik arasındakı məsafələrini göstərməklə yazıçı demək istəyir ki, bütün bunlar komizm üçün bir mənbədir. Amerikanın bir nömrəli yumoristi Mark Tven çox həssaslıqla həmin mənbələrdən istifadə edib müxtəlif komik effektlər yarada bilmişdir.

 

Səkinə PAŞAYEVA

 

Ədəbiyyat qəzeti.- 2021.- 17 aprel.- S.31.