Biblioqrafik göstərici

işıq üzü görüb

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2019-cu il üçün biblioqrafik göstəricisi nəşr olunub. Biblioqrafik göstərici - 2019 kitabı İnstitutun Elmi Şurasının 3 iyul 2020-ci il tarixli, 3 saylı qərarı ilə çap edilib.

Biblioqrafiyanın layihə rəhbəri baş elmi məsləhətçisi Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir.

Kitabın elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Zakirə Əliyeva Sona İbrahimovadır. Biblioqrafiya üç dildə verilmiş Uğurlu elmi hesabat-2019 yazısı ilə başlayır.

Elmi informasiya tərcümə şöbəsində hazırlanmış biblioqrafik göstərici Ədəbiyyat İnstitutunun əməkdaşlarının 2019-cu ildə nəşr edilmiş kitabları, monoqrafiyaları, dövri mətbuatda dərc edilmiş, həmçinin müxtəlif elmi əhəmiyyətli internet saytlarında yer almış məqalə, tezis, müsahibə bədii əsərlərini əhatə edir.

Dörd hissədən, 454 səhifədən ibarət olan biblioqrafiya Elm təhsil nəşriyyatında işıq üzü görüb.

 

Ədəbiyyat qəzeti.- 2021.- 24 aprel.- S.32.